Basilan () — Filippinin cənubunda yerləşən ada.

Coğrafi yerləşmə Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010).

Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır.

Əhalisi 250px|thumb|Balıqçı qəsəbəsi Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.

Adada 2 şəhər (İsabela, Lamitan) və 2 255 qəsəbə vardır.

İnzibati bölgü 11 inzibati vahidliyə və 2 şəhər dairəsinə bölünür:

Şəhərlər İsabela (Isabela City) Lamitan (Lamitan City)

Bələdiyyələr Əkbər (Akbar) Əl-Barka (Al-Barka) Hacı Məhəmməd Acul (Hadji Mohammad Ajul) Hacı Muxtamad (Hadji Muhtamad) Lantavan (Lantawan) Masulo (Maluso) Sumisir (Sumisip) Tabuan-Lasa (Tabuan-Lasa) Tipo-Tipo (Tipo-Tipo) Tuburan (Tuburan) Unqkaya-Pukan (Ungkaya Pukan)

İqtisadiyyat Ərazisinin 70 % kənd təsərrüfatına aiddir. Burada kokos, kauçuk, kofe, qarğıdalı, kakao, istiot və palma yağı istehsal edilir.

Mənbə Basilan Peace in Nature Protocol

Kateqoriya:Filippin adaları Kateqoriya:1973-cü ildə yaranmış dövlətlər və ərazilər