Nükət-səza Qadınəfəndi () — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu xanımı.

Həyatı Nükət-səza xanım 1827-ci ildə Abxaziyada dünyaya gəlmişdir. Əsl adı Xədicə Baras idi. Atası abxaz əsilli Yatuq bəy Baras, anası isə gürcü əsilli Fərxundə xanım idi. 8 yaşında ailəsi tərəfindən İstanbula gətirilən Xədicə Osmanlı sarayına təslim edildi. Sarayda Validə Bəzmialəm Sultan tərəfindən himayəyə götürülən Xədicənin adı dəyişdirildi və Nükət-səza qoyuldu. Sarayda mükəmməl təhsil alan Nükət-səza piano və ud çalmağı da öyrəndi.

Nükət-səza xanım Topqapı sarayında təhsilini bitirdikdən sonra 21 oktyabr 1841-ci ildə 14 yaşında Sultan Əbdülməcidlə evləndirildi və padşahın baş iqbalı oldu. Bu nigahdan ard-arda 3 övladı dünyaya gəldi: Şahzadə Əhməd Əfəndi, Fatma Nazimə Sultan və Şahzadə Mehmed Burhanəddin Əfəndi. Ancaq övladlarının ikisi körpə ikən vəfat etmiş, yalnız Mehmed Burhanəddin Əfəndi həyatda qala bilmişdi. Osmanlı sülaləsinin 44-cü rəisi Osman Bəyazid Əfəndinin böyük nənəsidir.

Nükət-səza xanım yayılan vərəm epidemiyasına tutulmuş, 1850-ci ildə vəfat etmişdir. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Bacısı Şəklibar xanım daha sonra saray xidmətinə alınmış və 1911-ci ildə İstanbulda vəfat etmişdir.

Övladları

Əhməd Əfəndi (d. 5 iyun 1846 - ö. 6 iyun 1846) Fatma Nazimə Sultan (d. 26 noyabr 1847 - ö. 1 dekabr 1847) Mehmed Burhanəddin Əfəndi

Mənbə

Günay Günaydın (2006). Haremin son gülleri. Mevsimsiz Yayınları. ISBN 978-9944-987-03-5. Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil. ISBN 978-975-996-109-1. The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. ISBN 978-0-292-78335-5 M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. pp. 248–49. ISBN 978-975-437-840-5 Kateqoriya:Osmanlı sultanlarının xanımları