thumb|290px|Zlatan İbrahimoviç UEFA Avro 2012 turnirində

Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — 2001–2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0–0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Frends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi.

İbrahimoviç millidə ilk het-trikə 2004-cü ilin 4 sentyabr tarixində imza atmışdır ki, Malta millisinə qarşı keçirdiyi bu oyunda o, ümumilikdə dörd qol vura bilmişdi. Yekunda isə İbrahimoviç milli karyerasında ən çox qolu (6) məhz Malta yığmasının qapısından keçirmişdir. O, milli karyerasında ümumilikdə 4 dəfə het-trikə imza atmışdır ki, bunlardan biri Malta millisinə qarşı, ikincisi 2012 UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Finlandiya millisinə qarşı dörd qolu, 2012-ci ildə yoldaşlıq oyunu çərçivəsində İngiltərə millisinə qarşı və sonuncu het-trik isə 2013-cü ildə Norveç millisinin qapısından keçirmişdi. İbrahimoviç millidə vurduğu qolların yarıdan çoxuna məhz ev oyunlarında imza atmış, 12 qolu yoldaşlıq oyunlarında, 11 qolu Rasunda stadionunda, 5 qolu Ullevi stadionunda, 2 qolu Svedbank stadionunda, birini isə Qamla Ullevi stadionunda rəqib qapısından keçirmişdir.

İbrahimoviç millidə vurduğu qolların böyük hissəsi seçmə mərhələlərdə vurulmuşdur. O, 19 dəfə UEFA Avropa Çempionatının seçmə mərhələləsində fərqlənmişdir ki, bu topların 11-i 2016-cı il seçmə mərhələlərində qeydə alınmışdır və yekunda o, qol sayına görə Polşa millisinin hücumçusu Robert Levandovskidən 2 qol geri qalmışdı. İbrahimoviç həmçinin FİFA Dünya Kuboku seçmə mərhələlərində 19 dəfə fərqləndi. O, Avropa Çempionatı turnirlərində 6 dəfə fərqlənməyi bacarsada FİFA Dünya Kuboku turnirində fərqlənə bilmədi. Digər 18 qolu isə İbrahimoviç yoldaşlıq oyunları çərçivəsində rəqib qapısından keçirmişdir.

Beynəlxalq qollar İsveçin qolları və nəticələri siyahıda birinci göstərilmişdir + Açar İşarələnmiş qollar penalti zərbəsindən vurulmuşdur + Zlatan İbrahimoviç tərəfindən vurulan beynəlxalq qolların siyahısı N. İştirak Tarix Məkan Rəqib Hesab Nəticə Yarış İst147 oktyabr 2001Rasunda, Solna, İsveç3–03–02002 FİFA Dünya Kuboku seçmə mərhələsi21321 avqust 2002Lokomotiv, Moskva, Rusiya1–11–1Yoldaşlıq oyunu31512 oktyabr 2002Rasunda, Solna, İsveç1–11–1UEFA Avro 2004 seçmə mərhələsi41630 aprel 2003 1–11–2Yoldaşlıq oyunu5176 sentyabr 2003Ullevi, Göteborq, İsveç3–05–0UEFA Avro 2004 seçmə mərhələsi65–0 72031 mart 20041–01–0Yoldaşlıq oyunu82414 iyun 2004Joze Alvalade, Lissabon, Portuqaliya4–0 5–0UEFA Avro 200492518 iyun 2004Draqao, Portu, Portuqaliya1–11–1102818 avqust 2004Rasunda, Solna, İsveç2–22–2Yoldaşlıq oyunu11294 sentyabr 2004Ta'Qali Milli Stadionu, Ta'Qali, Malta1–07–02006 FİFA Dünya Kuboku seçmə mərhələsi122–0133–0145–015334 iyun 2005Ullevi, Göteborq, İsveç4–06–016343 sentyabr 2005Rasunda, Solna, İsveç3–03–017357 sentyabr 2005Ferents Puşkaş, Budapeşt, Macarıstan1–01–0183612 oktyabr 2005Rasunda Stadium, Solna, İsveç1–13–1195110 iyun 2008Red Bull Arena (Zalsburq), Zalsburq, Avstriya1–02–0UEFA Avro 2008205214 iyun 2008Tivoli-Neu, İnsbruk, Avstriya1–11–2215810 iyun 2009Ullevi, Göteborq, İsveç3–04–02010 FİFA Dünya Kuboku seçmə mərhələsi22595 sentyabr 2009Ferents Puşkaş, Budapeşt, Macarıstan2–12–1236311 avqust 2010Rasunda, Solna, İsveç1–03–0Yoldaşlıq oyunu24657 sentyabr 2010Svedbank, Malmö, İsveç1–06–0UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ) 255–026697 iyun 2011Rasunda, Solna, İsveç2–05–0273–0284–0297529 fevral 2012Maksimir, Zaqreb, Xorvatiya1–0 3–1Yoldaşlıq oyunu307630 may 2012Qamla Ullevi, Göteborq, İsveç1–03–231775 iyun 2012Rasunda, Solna, İsveç2–1 2–1327811 iyun 2012Olimpiya Stadionu, Kiev, Ukrayna1–01–2UEFA Avro 2012 338019 iyun 20121–02–0348312 oktyabr 2012Torşvotl, Torshavn, Farer Adaları2–12–12014 FİFA Dünya Kuboku seçmə mərhələsi358416 oktyabr 2012Berlin Olimpiya Stadionu, Berlin, Almaniya1–44–4368514 noyabr 2012Friends Arena, Solna, İsveç1–04–2Yoldaşlıq oyunu372–2383–2394–2409011 iyun 20131–02–02014 FİFA Dünya Kuboku seçmə mərhələsi412–0 429114 avqust 20131–04–2Yoldaşlıq oyunu432–2443–2459310 sentyabr 2013Astana Arena, Astana, Qazaxıstan1–01–02014 FİFA Dünya Kuboku seçmə mərhələsi469411 oktyabr 2013Friends Arena, Solna, İsveç2–12–1479619 noyabr 20131–12–3482–149994 sentyabr 20141–02–0Yoldaşlıq oyunu502–05110115 noyabr 2014Pod Qoritsom stadionu, Podqoritsa, Monteneqro1–01–1 UEFA Avropa Çempionatı 2016 seçmə mərhələ5210227 mart 2015Zimbru Stadionu, Kişinyov, Moldova1–02–0532–0 5410331 mart 2015Friends Arena, Solna, İsveç1–03–1Yoldaşlıq oyunu5510514 iyun 20152–03–1UEFA Avropa Çempionatı 2016 seçmə mərhələ563–0571078 sentyabr 20151–41–4581089 oktyabr 2015Reynpark stadionu, Vaduts, Lixtenşteyn2–02–05910912 oktyabr 2015Friends Arena, Solna, İsveç1–02–06011014 noyabr 20152–0 2–1UEFA Avro 2016 play-off mərhələsi6111117 noyabr 2015Parken, Kopenhagen, Danimarka1–02–2622–0

Statistikalar thumb|upright|Zlatan İbrahimoviç UEFA Avro 2012 turnirində İngiltərə millisinə qarşı oyunda|alt=Zlatan Ibrahimović wearing a yellow shirt and blue shorts, passing the ball + İllər üzrə qollarİlİştQollar2001512002102200343200412820055420066020077020087220096220104320118320121111201311920145320151011201650Cəmi11662 + Turnir üzrə qollarTurnirQollarFİFA Dünya Kuboku seçmə mərhələsi19UEFA Avropa Çempionatı seçmə mərhələsi19Yoldaşlıq oyunu18UEFA Avropa Çempionatı6Cəmi62

İstinadlar

Kateqoriya:İsveç futbolçuları Kateqoriya:İsveçin kişi futbolçuları Kateqoriya:Futbolçularına görə milli komandada qolların siyahısı