thumb|324x324px Sultan Mahmud türbəsi — İstanbulun Fateh ilçəsinin Çəmbərlidaş səmtində yerləşən XIX əsrə aid məzar külliyəsi.

28 iyun 1839-cu ildə vəfat edən Sultan II Mahmud, 1 iyulda Divanyolunda bacısı Əsma Sultanın sarayının bağçasına dəfn olundu və üzəri çadırla örtüldü. Yerinə taxta çıxan oğlu Əbdülməcidin əmriylə 5 iyulda məzarın üzərində türbənin inşası başladı və 12 oktyabr 1840-cı ildə tamamlandı.

Türbədə ümumilikdə 18 məzar yeri var. Burada dəfn olunanlardan bəziləri bunlardır:

Sultan II Mahmud Sultan Əbdüləziz Sultan II Əbdülhəmid Bəzmialəm Sultan (Sultan II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası) Əsma Sultan (Sultan I Əbdülhəmidin qızı) Atiyə Sultan (Sultan II Mahmudun qızı) Xədicə Sultan (Sultan II Mahmudun qızı) Salehə Sultan (Sultan II Mahmudun qızı) Aşubican Qadınəfəndi (Sultan II Mahmudun xanımı) Nevfidan Qadınəfəndi (Sultan II Mahmudun xanımı) Naciyə Qadınəfəndi (Sultan II Əbdülhəmidin xanımı) Dürrünəv Qadınəfəndi (Sultan Əbdüləzizin xanımı) Yusif İzzəddin Əfəndi (Sultan Əbdüləzizin oğlu) Mehriban Mehrişah Sultan (Sultan Əbdüləzizin nəvəsi) Mehmed Şövkət Əfəndi (Sultan Əbdüləzizin oğlu) Ömər Fərrux Əfəndi (Əbdülməcid Əfəndinin oğlu) Rəbiyə Əyyub xanım (Sultan II Əbdülhəmidin nəvəsi) Fatma Gövhəri Sultan (Sultan Əbdüləzizin qızı) Ərtoğrul Osman Əfəndi (Sultan II Əbdülhəmidin nəvəsi).

Türbəyə bitişik bağçada bəzi önəmli tarixi şəxsiyyətlər dəfn olunmuşdur. 140-a yaxın məzardan ibarət məzarlıq da külliyəyə aid edilir.

Mənbə

BA, İrâde-Dahiliye, nr. 3, 1183; Takvîm-i Vekāyi‘, nr. 181, 18 Rebîülâhir 1255; a.e., nr. 210, 27 Şâban 1256; İzzet Kumbaracılar, İstanbul Sebilleri, İstanbul 1938, s. 53; G. Goodwin, A History of Ottoman Architecture, London 1971, s. 397, 420; Pars Tuğlacı, Osmanlı Mimarlığında Batılılaşma Dönemi ve Balyan Ailesi, İstanbul 1981, s. 159-161; Oktay Aslanapa, Osmanlı Devri Mimârisi, İstanbul 1986, s. 511-512, 543; Tahsin Öz, İstanbul Camileri, Ankara 1987, I, 129; Hakkı Önkal, Osmanlı Hanedan Türbeleri, Ankara 1992, s. 257-261; Günkut Akın, “Tanzimat ve Bir Aydınlanma Simgesi”, Osman Hamdi Bey ve Dönemi Sempozyumu, 17-18 Aralık 1992, İstanbul 1993, s. 123-133; a.mlf., “Divanyolu Küresi”, TT, XII/72 (1989), s. 21-23; a.mlf., “Mahmud II Türbesi ve Sebili”, DBİst.A, V, 263-265; M. Orhan Bayrak, Türkiye Tarihi Yerler Kılavuzu, İstanbul 1994, s. 333; Ömer Faruk Şerifoğlu, Su Güzeli: İstanbul Sebilleri, İstanbul 1995, s. 82; Halûk Şehsuvaroğlu, Asırlar Boyunca İstanbul, İstanbul, ts., s. 221-223; Selman Can, Osmanlı Mimarlık Teşkilatının XIX. Yüzyıldaki Değişim Süreci ve Eserleri ile Mimar Seyyid Abdülhalim Efendi (doktora tezi, 2003), İÜ Sosyal Bilimler Enstitüsü, s. 48-50.

Kateqoriya:Osmanlı türbələri Kateqoriya:Sultan Mahmud türbəsi Kateqoriya:Osmanlı mədəniyyəti Kateqoriya:Fatih (İstanbul)