Doktor Dum () və ya əsl adı ilə Viktor fon Dum () – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma supercinayətkar. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 5-ci sayında (iyul 1962) peyda olmuşdur. Doktor Dum Fantastik dördlüyün əzəli düşməni və Latveriya adlı uydurma dövlətin lideridir. Fantastik dördlüklə yanaşı, Qisasçılar, Hörümçək-adam, Qara pantera və digər superqəhrəmanlarla da qarşı-qarşıya gəlmişdir.Avengers #8 (June 2017)
"Wizard" jurnalı "Bütün dövrlərin ən böyük 101 supercinayətkarı" siyahısında Doktor Dumu 4-cü yerdə göstərmişdir.McCallum, Pat (July 2006). "100 Greatest Villains Ever". Wizard (177) IGN-in "Bütün dövrlərin Top-100 komiks supercinayətkarı" siyahısında isə 3-cü yerdə peyda olmuşdur.
Doktor Dum bir çox videooyun, televiziya verilişində və filmdə peyda olmuşdur. 1994-cü ildə istehsalı buraxılmamış "Fantastik dördlük" filmində Doktor Dumu Cozef Kalp canlandırmışdır. 2005-ci il istehsalı "Fantastik dördlük" və 2007-ci il istehsalı sikveli "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmlərində Doktor Dum rolunu Culian Makhemon oynamışdır. 2015-ci il rebootunda isə personajı Tobi Kebbell canlandırmışdır.
Nəşrolunma tarixi thumb|Doktor Dumun ilk dəfə göründüyü "Fantastic Four" komiksinin 5-ci sayı.|left Doktor Dum Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 5-ci sayında (iyul 1962) peyda olmuşdur.
Bioqrafiya Viktor fon Dum Latveriyalı rumın ailəsində anadan olmuşdur. Anası Sintiya fon Dum o hələ uşaq ikən Mefisto tərəfindən öldürülmüşdür. Atası Verner fon Dum isə həkim idi. Latveriyanı idarə edən Baronun həyat yoldaşı xəstələnəndə atası çağırılır, lakin Baronun həyat yoldaşı öləndə günahı atasının üzərinə atır. Atası və balaca Viktor qaçırlar. Tezliklə Latveriyaya qayıdan Viktor qisas almağa söz verir. Texnologiya və sehrdən istifadə edərək müxtəlif cihazlar düzəldir. Onun bu bacarığı İmperiya Ştat Universitetinin diqqətini çəkir və ABŞ-də təhsil almağa dəvət edilir. Viktor Latveriyanı tərk edib ABŞ-yə köçür.
ABŞ-də otaq yoldaşı və gələcək rəqibi Rid Riçardsla qarşılaşır, lakin Viktorun ondan xoşu gəlmir və başqa otaq yoldaşı istəyir. Viktor anası ilə danışmaq üçün ölülərlə kommunikasiya qurmağa yarayan cihaz hazırlayır, lakin Riçards onu maşınla bağlı xəbərdar edir. Maşın partlayır və Viktorun üzünün bir hissəsini yararsız hala salır. Bundan sonra o, dünya səyahətinə çıxır, lakin təyyarəsi Tibet yaxınlığında qəzaya uğrayır. Tibet rahibləri tərəfindən xilas edilən Viktor burada sehr öyrənir, özünə zireh və maska düzəldir və Doktor Dum adını götürür. Baş verənlərə görə Rid Riçardsın Fantastik dördlüyündən qisas almağa söz verir. İnqilab edərək Latveriyada hakimiyyəti də ələ keçirir.
Güclər və bacarıqlar Viktor fon Dum universial insan və elm dahisidir. Marvel kainatındakı ən dahi şəxslərdən biridir. Hətta Rid Riçardsın bacarmadığını edərək Ben Qrimi Şeydən sağaltmışdı.Fantastic Four (Vol. 1) #17
Doktor Dum Tibet rahiblərindən öyrəndiyi biliklər sayəsində sehrbazlıq güclərinə də malikdir. Sevgilisi Morqana le Fey sayəsində bu güclərini daha da gücləndirmişdir. Enerji şüaları buraxa, qoruyucu qalxanlar yarada, demonik bədheybətlər çağıra bilir.Mighty Avengers #9–11 Ali sehrbaz adını daşıyan Doktor Strenc hətta bir dəfə bildirmişdi ki, Doktor Dum da Ali sehrbaz adına layiqdir.New Avengers Vol. 1 #51
Doktor Dum texnoloji biliklərindən istifadə edərək digər personajların güclərini oğurlaya və yamsılaya bilir.Marvel Superheroes Secret Wars #1–12 (1985) Məsələn, bir dəfə Gümüş sörfçünün güclərini oğurlaya bilmişdir. Doktor Dum bəzi maşınlar üzərində (xüsusilə Dumbotlar) texnopatik kontrola malikdir. Geyindiyi möhkəm zireh güclərini daha da gücləndirərək düşmənlərindən qoruyur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Cek Körbi tərəfindən yaradılmış personajlar Kateqoriya:Sten Li tərəfindən yaradılmış personajlar Kateqoriya:1962-ci ildə tanıdılan komiks personajları Kateqoriya:Elektrik və ya maqnetik güclərə malik personajlar Kateqoriya:Uydurma diktatorlar Kateqoriya:Uydurma ixtiraçılar Kateqoriya:Uydurma çılğın alimlər Kateqoriya:Superqəhrəman filmi personajları Kateqoriya:Latveriyalılar Kateqoriya:Marvel Comics ekstrasensləri Kateqoriya:Sehrdən istifadə edən Marvel Comics personajları Kateqoriya:Marvel Comics supercinayətkarları Kateqoriya:Uydurma kütləvi qatillər Kateqoriya:İblislərlə müqavilə bağlamış personajlar Kateqoriya:Uydurma elektrik mühəndisləri Kateqoriya:Uydurma robotistlər Kateqoriya:Kişi personajlar Kateqoriya:Uydurma fiziklər Kateqoriya:Marvel Comics telepatları Kateqoriya:Məkan və zamana nəzarət edə bilən personajlar Kateqoriya:Uydurma texnopatlar Kateqoriya:Zehin və ya bədən kontrolu gücünə malik personajlar