Frigiya dili () — Hind-Avropa dillərindən biri, Balkanlardan Kiçik Asiyaya miqrasiya edən frigiyalıların dili. Hind-Avropa dil qrupunun ayrı bir qoluna aiddir və daha çox qədim yunan dilinə bənzəyir. Dilin yunan əlifbasına oxşayan xüsusi bir əlifbası var. Frigiya dili e.ə. VIII əsrdə meydana gəlmişdir və adı canlı olaraq son dəfə V əsrdə çəkilmişdir. Buna baxmayaraq, bəzi tarixşünaslar və dilşünaslar dilin VII əsrdə ərəb yürüşlərindən sonra məhv olduğunu irəli sürür.

Frigiya dilinin tarixinin iki dövrü var. Onlar, qədim Frigiya (e.ə. VIII–V əsrlər) və yeni Frigiyadır (b.e. I–III əsrlər). Frigiya dili üzərində elmi tədqiqatlar XIX əsrin 20-ci illərində başlamışdır.

Etimologiya 300px|thumb|right|Frigiya (çəhrayı) e.ə. IX–VII əsrlərdə "Frigiya" və "Frigiyalılar" adları qədim yunan dilindəki və sözlərindən törənib. Frigiya dilində xalqın adı "Bruq"lar adlanır. Bu, Balkan yarımadasında yaşayan briqlər tayfasına bənzəyir..

Sinifləşdirmə Frigiya dili Hind-Avropa dil ailəsinin tərkibində olan ayrı bir qrupa – Yunan-Frigiya qrupuna aiddir. Frigiya dilinə ən yaxın dillər qədim yunan və qədim makendon dilləridir. Frigiya dilinin qədim yunan dili olan oxşarlıqların sayı Hind-Avropa dil ailəsindəki digər dillərdən daha çoxdur. Məsələn:

-eyo- şəkilçisinin mövcud olması. feli sifətlərə -meno- şəkilçisinin əlavə edilməsi. auqementdən istifadə etməsi.

Frigiya dilinin Frakiya və erməni dillərinə yaxınlığı linqvistik maddələrdə öz əksini tapmır.

Yazılış Antik dövrlərdə Frigiya dili yunan əlifbasına bənzər bir əlifbadan istifadə edirdi. Dildə cümlələr ya sağdan sola, ya da bustrofedon üsulu ilə yazılırdı. Sözlər bir-birlərindən üç və ya dörd nöqtədən ibarət işarələrlə ayrılırdı. Yeni Frigiya dövründə yunan əlifbası və ona bənzər əlifbalar köhnəlmişdi və artıq istifadə edilmirdi.

Bunlara əlavə olaraq, Frigiya və qədim yunan əlifbalarının e.ə. VIII əsrin birinci yarısında yaranmış bir əlifbadan törədiyinə dair bir fərziyyə var. Bundan əvvəl Kiçik Asiyada sami hərflərindən istifadə edilirdi.

Linqvistik xüsusiyyətlər Fonetika və fonologiya Qədim Frigiya dilinin samitləri:

Dodaq Diş Alveolyar Damaq Damaqarxası Partlayıcı Burun Sürtünən Affrikat Süzgün

Yeni Frigiya dövründə dz affrikatı z ilə dəyişdirildi.

Qədim Frigiya dilinin saitləri: Yüksəliş\cərgə Ön Orta Arxa Üst Orta Alt

Prahind-Avropa dillərindəki ē Frigiya dilində ā, uzun ē qoşasaitli ei monofonqlarına çevrildi. Bunlara əlavə olaraq, qoşasaitli oi, ai , au , ōi və āi monofonqları da var idi. Dilin tarixi boyu vurğudan azad şəkildə istifadə olunurdu və çox hərəkət edirdi. Həssas saitlər azalmağa meyilli idi.

Morfologiya İsmin halları Frigiya dilində ismin ən azı dörd halı var. Onlar, adlıq, yiyəlik, yönlük və təsirlik hallarıdır. İsmin sonları:

-ā- -o- -i- səssiz Ad. -a -os -is -ø Yiy. -as -ovo -os Yön. -ai, -a(n) -oy, -oi -e -e(i) Təs. -an -un -in -an Ad. cəm -as -oi -es Yiy. cəm -un Yön. cəm -ias -ōs -si(n) Təs. cəm -as

Əvəzlik Xüsusi əvəzliklər Frigiya dilinə aid yazılı abidələrdə bu günə gəlib çatmayıb. Hind-Avropa köklərindəki se/o və te/o kimi əvəzliklərdən istifadə edilib. Nisbi ios və sual kos (kişi) və kin (orta) əvəzlikləri bu günə qədər qorunub saxlanıb..

Say Tapılan yazılı abidələrdə sadəcə oyvos (bir), duoi (iki) və protos (birinci) saylarına rast gəlinib.

Fel Frigiya dilindəki fellər şəxs, say (təkdə və cəmdə), sübut (fəal və yarımpassiv), meyil (səciyyəvi, məcburi, birləşdirici) və vaxt (indiki, aorist, bitməmiş, bitmiş, gələcək) kateqoriyalarına bölünürdü. Aorist auqementdən yaranmışdır. Bu, Frigiya dilini qədim yunan, erməni və Hind-İran dillərinə daha yaxınlaşdırır.

Frigiya dilindəki yeganə feli sifət (passiv) -meno- şəkilçisinin köməyi ilə yaranmışdır.

Sintaksis Frigiya dilindəki cümlələrin quruluşu — SOV (mübtəda – əlavə – xəbər).

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Frigiya yazılı abidələrinin korpusu Lubotskinin Frigiya etimologiya məlumat bazası (natamam) Frigiya və frigiyalılar «Yeni Heredot» saytında.

Frigiya Frigiya Dil