Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə)T. C. BAŞBAKANLIK DEVLET ARŞİVLERİ GENEL MÜDÜRLÜĞÜ Osmanlı Arşivi Daire Başkanlığı Yayın Nu: 136, I MAHMUD-NADİR ŞAH MEKTUPLAŞMALARI, 3 Numaralı Nâme-i Hümâyûn Defteri (Transkripsiyon / Tıpkıbasım), İSTANBUL və ya Türkman eliT. C. BAŞBAKANLIK DEVLET ARŞİVLERİ GENEL MÜDÜRLÜĞÜ Osmanlı Arşivi Daire Başkanlığı Yayın Nu: 136 I.MAHMUD-NADİR ŞAH MEKTUPLAŞMALARI =5 3 Numaralı Nâme-i Hümâyûn Defteri ( Transkripsiyon / Tıpkıbasım ) İSTANBUL 2014
Səhifə - 33,67,68,69 (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi dövlətdir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu.
Əfşarlar sülaləsinin mənşəyi
İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.Ənvər Çingizoğlu, Aydın Avşar.s.29.
Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə Azərbaycana, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, və Əfqanıstana da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.Ənvər Çingizoğlu, Aydın Avşar.s.30.
Bu adın əfşar Azərbaycan-türk mənşəli etnonimdən yaranması şübhə doğurmur. Əfşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Avşar etnonimi İran ərazisində də çox yayılmışdır. Türk xalqlarının abidələrində bu tayfanın adı çəkilir.Ənvər Çingizoğlu, Aydın Avşar.s.29–30. Əfşarların İranda geniş ərazidə yayıldığını V. İ. Savina qeyd edir: "Əfşarlar İranın türk əhalisinin arasında hazırkı dönəmdə böyük qrupları vardır. Səfəvilərə qədər Azərbaycanda (Cağatu çayından şərqdə), sonra demək olar ki, hər tərəfə yayıldılar. İndi onlara Azərbaycanda rast gəlmək mümkündür." Əfşarların 1071-ci il Malazgird döyüşündə Anadolunun türk yurdu halına gəlməsində Qayılar, Qınıqlar kimi ilk sıralarda yer aldıqlarını göstərən mənbələr mövcuddur. Onlar, türk ulusu içərində bir boy olduğuna baxmayaraq türk topluluğu arasında əfşarların adı çox çəkilir. Əfşarlar Oğuzların islamdan öncəki tarixində də əhəmiyyətli rol oynamış boylardan biridir.
Tarixi araşdırmalardan birində Əfşar boyunun Şahsevən boyundan yaranması və Kerman vilayətində yerləşməsi qeyd olunur. Məlumdur ki, Şahsevən boyu da türk boyudur və əfşarlar bu boydan yaranması haqqında ciddi faktlar yoxdur. Əfşarların Kerman vilayətində yaşamasını isə tarixi ədəbiyyatda Səfəvi dövrü ilə bağlılığı və əfşarların Kerman ətrafına Şah İsmayıl tərəfindən köçürülməsi təsdiqlənir. O da bildirilir ki, "Kerman ətrafında hazırda da əfşarlar yaşamaqda davam edirlər. Ancaq onların çoxu fars əhalisi ilə assimliyasiya olunmuş və çox az bir hissəsi hazırda ana dilində danışa bilir."Mehman Süleymanov.s.8.
Nadir şah haqqında irihəcmli tədqiqat əsərinin müəllifi olan Əbuturab Sərdadvər öz kitabında Əfşar boyunun ilkin olaraq Qafqazda və Azərbaycan məskunlaşdıqlarını təsdiq edir. Və sonra da bu boyun sırf İran boyu olduğunu iddia edir. Müəllif əlavə edir ki, bu boyun yalnız dili Azərbaycan dilidir. Qalan bütün xüsusiyyətləri isə İranla bağlıdır. Başqa bir İran təqdiqatçısı Əlirza Əfşar Cəm də Əfşar boyunu tamamilə İranla bağlayır və onun türklərə ümumiyyətlə heç bir aidliyi olmadığını irəli sürür. Onun iddiasına görə Əfşarlar qədim İranın qədim tayfalarından olmaqla part irqinə mənsubdurlar. Müəllif yazır ki, yalnız monqol hücumları başlayarkən onlar Türküstandan hərəkət edib Qərbi Azərbaycana köç etmişlər.Cahangir Hüseyn Əfşar.s.34.
L. Lokkart da bu fikri təsdiq edir. Onun yazdıqlarına görə, əfşarlar Mərkəzi Asiyadan monqol hücumları nəticəsində sıxışdırılaraq Azərbaycana köçmüş və sonra da buradan İranın bütün ərazisinə yayılmışlar. Lokkartın istinad etdiyi fikrə görə, əfşarların Mərkəzi Asiyadan Azərbaycana doğru hərəkət etməsi XVI əsrdə baş vermişdir.
Nadir şah (1736–1747)
Əfşar sülaləsinin hakimiyyətə gəlməsi Nadirqulu xan Əfşar 1730–1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732–1736-cı illərdə isə şahın qəyyumu idi. 1732–1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşan adlanan yer olan Qalaqayında (indiki Sabirabad şəhərində Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü şah elan etdi.Yaqub M. Mahmudov, Kərim K. Şükürov. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi, Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639–1828. Dörd cilddə. Birinci cild, Bakı 2009. səh 95 Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi.Azərbaycan Tarixi (9-cu sinif üçün dərslik). Bakı. "Aspoliqraf". 2005. səh. 66
Dağıstanda Əfşarlar əleyhinə üsyanlar
Nadir şahın fəthləri
Nadir şah ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində keçirib, xarici işğalçılara qarşı 120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azında məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərinin məğlub etmişdir. Bu misilsiz sərkərdə öz polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb, daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi.
Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719–1720-ci illərdə Nadir Kelata hücum etdi və oranı tutdu. Kelat qalasının hakimini və onun qoşunlarını əsir aldı. Nadir 1727-ci ildə Bağdaddakı əfqanları və qiyamçılarını qılıncdan keçirtdi. Nadir 500 nəfərlə 4 gün içərisində əfqanların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar Herata doğru geri çəkildilər. O, 1729-cu ildə əfqanları Bəstanda, Mehmandüştanda, Xar dərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhərini əfqanlardan təmizlədi. Tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağın etdi. Əfqan ordusunun başçısı Əşrəf xan Sistanndə öldürüldü Əşrəfin öldürülməsi ilə əfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələri tamamilə darmadağın edildi. Nadir Qəndəharı tutmaqla Səfəvi ordusunun şərəfini və eyni zamanda Səfəvilərin əldən getmiş torpaqlarını geri qaytardı.M. H. Qüddusi. Nadir şah. Bakı, 1999, s.102. Nadir 1730-cu ilin mart ayında 25 min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətən Nəhavənddə Osmanlı qoşunlarını darmadağın etdi və osmanlı ordusunun baş komandanı Osman paşa Həmədana qaçdı. Nadir irəliləyərək daha sonra 50 minlik Osmanlı ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub Bağdada çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinə keçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha hücum etdi. Osmanlı ordusunun baş komandanı Həsən paşa Kirmanşahı buraxıb, Həmədana qaçdı. Nadir şah Azərbaycanı osmanlılardan təmizləmək üçün Gürcüstandan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı 1730-cu ilin 24 iyulunda Səfəvilərə rəsmi müharibə elan etdi. Nadir Miyandaba şəhərində toplaşan Osmanlı qoşunlarına hücum etdi, 100 minlik Nadiri nqoşunu qarşısında Osmanlı ordusu Marağaya doğru qaçdı. Nadir şah onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azad etdi. Nadir iki gün Marağada qaldıqdan sonra Təbrizi azad etmək üçün Təbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularını darmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi.