Rzayev Yusif Məmməd oğlu () — əməkdar jurnalist, "525-ci qəzet"in baş redaktorunun müavini.

Həyatı 1968-ci il yanvar ayının 12-də Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olub. 1975-ci ildə Rəncbərlər kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1985-ci ildə S.Bayramov adına Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1987-1989-cu illərdə Moskva vilayətində hərbi xidmətdə olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Jurnalist kimi əmək fəaliyytəinə 1990-cı ilin avqust ayıdan "Ədalət" qəzetində müxbir kimi başlayıb. Sonralar "Müxalifət" qəzetində müxbir, şöbə müdiri, "Respublika" qəzetində baş redaktor vəzifələrində işləyib. 1992-ci ilin noyabrında təsis edilən və nəşrə başlayan "525-ci qəzet"in ilk redaktoru olub.

Hazırda "525-ci qəzet"in" baş redaktorunun müavinidir. Bu illər ərzində Azərbaycanın müxtəlif mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edib. Azərbaycan Mətbuat Şurasının "Ali Media Mükafatına" layıq görülüb.

2015-ci ildə Azərbaycan Prezidentinin sərancamı ilə "Əməkdar jurnalist" fəxri adı ilə təltif edilib.

Ailəlidir. İki övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:525-ci qəzetin jurnalistləri Kateqoriya:Azərbaycanın kişi jurnalistləri