Yehuda Pen (həmçinin Yudel və Yuri Pen adları ilə də tanınır, ; ) — rus və belarus rəssamı, müəllim, XX əsrin əvvəllərində incəsənətdə "Yəhudi İntibahı"nın görkəmli nümayəndəsi. Mark Şaqalın müəllimi olmuşdur.

Həyatı və yaradıcılığı thumb|Milli İncəsənət Məktəbinin müəllimləri. Vitebsk, 26 iyul 1919. Soldan sağa: El Lisitski, Vera Yermolayeva, Mark Şaqal, David Yakerson, Yehuda Pen, Nina Koqan, Aleksandr Romm Yehuda Pen 1854-cü il 24 mayda (5 iyun) Novoaleksandrovsk şəhərində anadan olmuşdur. Erkən yaşda yetim qalmış, 1867-ci ildən Dvinskdə rəssam şagirdi kimi çalışmışdır. 1879-cu ildə Sankt-Peterburqa köçmüş, 1880-ci ildə İmperator İncəsənət Akademiyasına daxil olmuşdur.

Akademiyanı 1886-cı ildə bitirdikdən sonra Dauqavpils və Riqada yaşamışdır. Bu dövrdə bir baronla tanış olmuş və onun dəvəti ilə Vitebsk quberniyasındakı mülkünə getmişdir. Burada İlya Repin və digər sənətçilərlə tanış olmuşdur.

1891-ci ildə Vitebskə köçmüş və bir il sonra burada Rusiyada yəhudilər üçün ilk rəssamlıq məktəblərindən birini açmışdır.

Onun tələbələri arasında Mark Şaqal, Zair Azqur və İlya Çaşnik olmuşdur. 1907 və 1914-cü illərdə Pen və onun tələbələrinin əsərlərindən ibarət sərgilər keçirilmişdir.

Penin yaradıcılığında yəhudi icmasının gündəlik həyatı mühüm yer tuturdu. O, xüsusilə yəhudi yoxsullarının həyatını və məişətini təsvir etmişdir. 1905-ci ildən sonra onun əsərlərində dini mövzular da geniş yer almış, "Yəhudi ravvini" və "Ötən şənbə" kimi əsərlər yaranmışdır.

Rəssam 1937-ci il 28 fevraldan 1 marta keçən gecə Vitebskdəki evində öldürülmüşdür. Cinayətin dəqiq detalları bu günədək müəyyən edilməmişdir. Rəsmi versiyaya görə, Pen yaxınları tərəfindən öldürülmüşdür. Vitebskdəki Staro-Semyonovskoye qəbiristanlığında dəfn edilmişdir.

Mükafatlar və fəxri adlar

1927-ci ildə yaradıcılığının 30 illiyi münasibətilə Yehuda Pen fəxri ada layiq görülmüşdür.

Xatirəsi

Yehuda Penin vəfatından sonra Vitebskdə onun əsərlərinə həsr olunmuş qalereya yaradılmışdır. Hazırda onun əsərləri Vitebsk İncəsənət Muzeyində və Belarus Respublikasının Milli İncəsənət Muzeyində saxlanılır. 1999 və 2004-cü illərdə Yehuda Penə həsr olunmuş Belarus poçt markaları buraxılmışdır.

Qalereya

Mənbə https://web.archive.org/web/20131029211456/http://booknik.ru/static/material/pdf/shagal.pdf http://mishpoha.org/6/pen.php http://infoart.udm.ru/misc/news/00/12/08_091.htm

Xarici keçidlər Валерий Шишанов. Материалы о Ю. М. Пэне в РГАЛИ Валерий Шишанов. Об утраченном портрете Марка Шагала работы Юрия Пэна Иегуда (Юрий) Моисеевич ПЭН http://tvkultura.ru/video/show/brand_id/32720/episode_id/1211358/video_id/1193266/

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Rusiya pedaqoqları Kateqoriya:Rusiya imperiyası rəssamları