İkinci Səlib yürüşü — Avropada başlayan ikinci əsas xaç yürüşü. İkinci səlib yürüşü 1144-cü ildə Zəngi qüvvələrinin Edessa əyalətini işğal etməsinə cavab olaraq başlandı. Əyalət 1098-ci ildə Birinci Səlib yürüşü ərəfəsində (1096-1099) Kral Boluqne Baldvin tərəfindən əsası qoyulmuşdur. Baxmayaraq ki ilk yaranan səlib dövləti idi, həmçinin ilk dağılan səlib dövləti oldu. İkinci Xaç yürüşü Papa III Yugin tərəfindən elan olundu və Avropa krallarının (Fransa kralı VII Luis, Almaniya kralı III Konrad və bir çox başqa Avropa zadəganları) başçılıq etdiyi ilk yürüş oldu. Hər iki kralın ordusu Avropa boyu nizamla irəliləməyə başladı. Bizans ərazisindən Anadoluya keçəndə ordular ayrı-ayrılıqda Səlcuq türkləri tərəfindən məğlub edildilər. Əsas qərbi xristian mənbəsi Deuil Odoya və Suriya xristian mənbələrinə görə Bizans imperatoru I Manuel Komnenos gizlicə səlibçilərin yürüşlərinə xüsusilə Anadolu bölgəsində maneələr törətdi, iddia edilir ki, türklərin səlibçilər üzərinə hücuma keçməsini məhz imperator göstəriş vermişdi. Krallar Luis, Konrad və ordunun qalan hissəsi Yerusəlimə çatdılar və 1148-ci ildə Dəməşq üzərinə müvəffəqiyyətsiz hücuma keçdilər. Yürüş şərqdə uğursuzluğa uğradı və müsəlmanlar qalib gəldilər. Nəticədə bu, Yerusəlimin çöküşü və XII əsrin sonlarında Üçüncü Səlib yürüşü üçün açar oldu. İkinci Səlib yürüşündə xristianların yeganə uğuru 1147-ci ildə 13 000 flamand, friz, normand, ingilis, şotland və alman səlibçilərin birləşdirilməsi oldu. İngiltərədən gəmilərlə Müqəddəs Torpağa gedərkən ordu dayandı və özlərindən daha kiçik (təxminən 7 000 nəfərlik) Portuqaliya ordusuna Lissabonun işğalı zamanı mavritanların ölkədən uzaqlaşdırılmasında köməklik göstərdilər.

Edessanın süqutu Birinci Səlib yürüşü və 1101-ci ildə kiçik Xaç yürüşündən sonra Şərqdə üç Səlib dövləti yarandı: Yerusəlim krallığı, Antakya iyerarxiyası və Edessa əyaləti. Dördüncü – Tripoli əyaləti 1109-cu ildə yarandı. Edessa şimalda yerləşirdi və aralarında ən zəif və az məskunlaşmış əyalət hesab olunurdu; beləliklə o, ətrafda yerləşən Artuqi, Danişmənd və Səlcuqi tayfalarının başçılıq etdiyi müsəlman dövlətlərinin hücumları üçün asan hədəf oldu. Qraf II Baldvin və xələfi Joskelin Kurtenay Harran döyüşündəki məğlubiyyətdən sonra əsir götürüldülər. Baldvin and Joskelin 1122-ci ildə yenidən həbs olundular və 1125-ci ildə Edessanın Azaz döyüşündən bir qədər sonra bərpa olunmasına baxmayaraq, Joskelin 1131-ci ildə döyüşdə öldürüldü. Varisi II Joskelin Bizans imperiyası ilə ittifaqa girməli oldu, ancaq 1143-cü ildə Bizans imperatoru II Con Komnenus və Yerusəlim kralı Fulk Anjou öldü. Joskelin həmçinin Tripoli qrafı və Antiox şahzadəsi ilə razılığa gələ bilmədi və onlar Edessa ilə müttəfiqlikdən vaz keçdilər. Eyni zamanda Səlcuq Zəngi və Mosul atabəyləri 1128-ci ildə Suriyanın Aleppo şəhərinə öz qoşunlarını yeritdilər. Bu Suriada hakimiyyət üçün açar demək idi və Mosul və Dəməşq liderləri arasında münaqişəyə səbəb oldu. Zəngi və Kral II Baldvin öz diqqətlərini Burid xandedanlığı tərəfindən idarə olunan Dəməşqə yönəltdilər. Sonralar Zəngi 1139 və 1140-cı illərdə şəhəri mühasirəyə alanda Kral Fulkla ittifaqa girdi və alyans tarixçi Usama ibn Munqidin vasitəçiliyi ilə danışıqlar apardı.

1144-cü ildən sonra, II Joskelin Artuqilərlə ittifaqa girdi və demək olar ki bütün ordunu Artuqi ordusunu Aleppoya qarşı dəstəkləmək üçün birləşdirdi. 1143-cü ildə Fulkun ölümündən yararlanmaq istəyən Zəngi Edessanı mühasirəyə almaq üçün şimala tələsdi və 24 dekabr 1144-cü ildə 1 ay sonra Edessa işğal olundu. Manasses Hierge, Filipp Milly və başqaları kömək məqsədi ilə Jerusəlimə göndərilsə də, çatdıqlarında artıq gec idi. II Joskelin əyalətin qalanını Turbessel qalasından idarə etməyə davam etdi, ancaq ərazinin qalan hissəsi də az-az ya müsəlmanlar tərəfindən işğal olundu, ya da bizanslılara satıldı. Zəngi özünü bütün İslam aləmində “dinin müdafiəçisi” və Əl-Malik Əl-Mənsur (“qalib gəlmiş başçı”) adlandırdı. O, qorxduğu üçün Edessanın qalanına və ya Antiox iyerarxiyasına hücumu davam etdirmədi. Mosuldakı hadisələr onu yurduna qayıtmağa məcbur etdi və Dəməşqdəki vəziyyəti yenidən nəzərdən keçirdi. Ancaq o, 1146-cı ildə bir qul tərəfindən sui-qəsdə məruz qaldı və Aleppoda oğlu Nur ad-Din hakimiyyətə gəldi.

Papa qəbzləri (Quantum praedecessores) Edessanın süqutu xəbərləri 1145-ci ilin əvvəllərində Antioxdan və Yerusəlimdən gələn zəvvarlar və sonralar elçilər vasitəsi ilə Avropaya çatdı. Jabalanın yepiskopu Hugh həmin ilin dekabrın 1-də Quantum praedecessores adlanan qəbz nəşr etdirən Papa III Eugenə xəbərləri məruzə etdi. Hugh həmçinin şərqi xristian krallarının Papaya dediyi kimi səlib dövlətlərinə rahatlıq və əmin-amanlıq gətirə bilər. Bu Prester Conun birinci rəsmi istinadıdır. Eugen Romanı idarə etmirdi və Viterboda yaşayırdı, amma İkinci Səlib yürüşü birincidən daha mütəşəkkil və mərkəzləşdirilmiş idarə sisteminə malik idi. Orduya Avropanın ən güclü kralları başçılıq edirdi və hərəkət istiqaməti əvvəlcədən planlaşdırılmışdı.

Yeni səlib qəbzinə gələn cavab çox zəif oldu və Fransa kralı VII Luis ekspedisiyada iştirak edəcəyi təqdirdə qəbz yenidən tərtib edilməli idi. VII Luis hesab edirdi ki, Papanın 1145-ci ildə Burjua xristian məhkəməsində özünün də elan etdiyi kimi yeni ekspedisiyaya qarışmayacaq. Ancaq mübahisəlidir ki, Luis özü yürüş təşkil etməyi planlayırdı, yoxsa bu sadəcə Müqəddəs torpağa gedərkən həlak olan qarşı Filipə verdiyi sözə əməl etmək istəyi idi. Ola bilər ki, Luis bu qərarı hələ Quantum praedecessores haqqında eşitməmişdən əvvəl müstəqil qəbul etmişdi. Hər halda, abbat Suger və başqa kübarlar Luisin planlarına tərəfdar deyildilər. O krallıqdan bir neçə il müddətində uzaqlaşdırıla bilərdi. Luis Bernard Clairvauxla məsləhətləşdir və o kralı Eugenin yanına göndərdi. Həmin vaxt Luis təbii ki papa qəbzləri haqqında eşitmiş olmalıydı və Eugen həvəslə Luisin yürüşünü dəstəklədi. Qəbz 1146-cı ilin martın 1-də yenidən nəşr olundu Eugen Bernarda xəbərləri bütün Fransaya yaymaq səlahiyyəti verdi.

Müqəddəs Bernard Klairvaux 150px|thumb|left|Bernard Klairvauxun rəsmi rəngli şüşə üzərində, 1450-ci il Papa fransızlara İkinci Səlib yürüşünü təbliğ etməyi abbat Bernard Klairvauxa tapşırdı və bunun üçün bəzi indulgensiyalar verməyə razı oldu (Birinci Səlib yürüşündə Papa II Urban da eyni cür hərəkət etmişdi). 1146-cı ildə Burqundiyada Vezelay kommunasında parlament çağırıldı və Bernard martın 31-dəki assembleyadan əvvəl vəz etdi. Fransa kralı VII Luis, kraliça Elenor Akvatin, şahzadələr və lordlar zəvvarların xaçını almaq üçün (Yürüşə çıxan səlibçilər keşişdən xaçı alaraq Müqəddəs Torpağa aparmalı idilər) Bernardın ayaqlarına düşüb səcdə etdilər. Daha sonra Bernard Almaniyaya getdi və demək olar ki hər addımda nəzərə çarpan və artmaqda olan planlanmış “möcüzələr” onun uğur qazanmasına təkan verirdi. Speyerdə, Almaniya kralı III Konrad və bacısıoğlu, daha sonra Müqəddəs Roma imperatoru Frederik Barbarossa xaçı Bernardın əlindən aldılar. Papa Eugen təşəbbüsü dəstəkləmək üçün Fransaya gəldi.

Onun bütün ustalıqla edilmiş təşəbbüslərinə nəzər salsaq, Bernard təbiətən nə bir fanatik, nə də təqibçi idi. Birinci Səlib yürüşündə olduğu kimi, təbliğat gözlənilmədən yəhudi xalqı üzərinə hücumlara səbəb oldu; fanatik fransız keşişi Rudolf Reyn çayı vadisi, Köln, Mayns, Vormsda və Speyerdə yəhudi qırğınlarını alovlandırdı, iddia etdi ki, yəhudilər Müqəddəs Torpağın xilasına heç bir maddi yardım göstərmirlər. Bernard, Köln və Mayns arxiyepiskopu bu hücumlara qəti şəkildə qarşı idilər, ona görə də Bernard bu məsələ ilə məşğul olmaq və qara camaatı sakitləşdirmək üçün Flandriyadan Almaniyaya getdi. Bernard Rudolfla Maynsda görüşdü və onu fikrindən döndərməyə müvəffəq oldu. Daha sonra monastrına qayıtdı.

Vasitəçilərin səlib yürüşü İkinci Səlib yürüşü başlananda, çoxlu cənub almanları Müqəddəs Torpağa yürüşdə könüllü iştirak etməyə razı oldular. Şimal almanları isə həvəssiz idi. Onlar 1147-ci ilin martın 13-də Frankfurdda keçirilən İmperial Diet adlanan görüşdə bütpərəst slavyanlara qarşı kampaniya ilə bağlı istəklərini Müqəddəs Bernarda bildirdilər. Saksların planını bəyənən Eugen aprelin 13-də Divina dispensatione adlanan yeni qəbz nəşr etdirdi. Bu qəbz göstərirdi ki, bütün səlibçilər bərabərdir, onların mənəvi mükafatları arasında fərq yoxdur.  Bütpərəst slavyanlara yürüşə könüllü olanlar arasında bir neçə Bohemiyanların (indiki çexlər) olmasına baxmayaraq,  əsasını danimarkalılar, sakslar və polşalılar təşkil edirdi. Papa leqatı və Anselm Havelberq ümumi əmr vermək səlahiyyətinə malik idi. Yürüşün özünə isə Ascanian, Vettin və Şoenbörger kimi saks ailələri başçılıq edirdi.

Almanların yürüşdə iştirakı müvəffəqiyyətsizliyə uğradı və 1147-ci ilin iyun ayında Aboritlər Holsteyn vilayətində üstünlüyü əldə edərək Vagriya bölgəsini işğal etdilər. Nəticədə yayın sonlarında səlibçilər bu əraziyə daxil oldular. Aboritlərin xristian torpaqlarından çıxarılmasından sonra, Dobində Aborit, Demmində isə Litva qalasını hədəf aldılar. Qüvvələr Dobində danimarkalı V Kanut və III Sveyn, II Adalbert, Bremen arxiyepiskopu, Saksoniya herqosu Aslan Henry üzərinə yeridilər. Bəzi səlibçilər ölkə ətrafında dağıntılar törətməyi məsləhət görsə də, başqaları deyirdi: “Bu dağıtdığımız torpaq məgər bizim deyil? Məgər vuruşduğumuz insanlar bizim öz xalqımız deyil?” Bütpərəst keşişi Niklot Dobinin qarnizonu ilə baptizmə keçmək haqqında razılığa gəldikdən sonra Saksoniya ordusu Aslan Henrinin başçılığı altında geri çəkildi.

Demminin uğursuz mühasirəsindən sonra, səlibçilərin contingenti Müqəddəs Roma şahzadələrinin Pomeraniyaya hücumu ilə parçalandı. Onlar səlibçilərin Pomeraniya yepiskopu Adalbertlə şahzadə I Ratibor arasındakı görüş nəticəsində parçalanmasından dərhal sonra paytaxt Settinə çatdılar. Bernard Clairvauxa görə səlibçilərin məqsədi “Tanrının köməyi ilə, onların birləşəcəyi və ya məhv olacağı zaman”a qədər bütpərəst slavyanlarla mübarizə aparmaq idi.

Ancaq xaç yürüşü üsyançıların böyük bir hissəsini birləşdirə bilmədi. Ancaq sakslar sanki böyük miqdarda “əlamət topladı”lar. Slavyanların bütpərəst inanclarına görə xristian ordusu onlara hücum etsə də, məhv olmalı idi. Pomeraniyalı Albert bunu belə izah edirdi: “Əgər onlar həqiqətən öz xristian məzhəblərini gücləndirmək üçün gəliblərsə, bunu gərək dua və təbliğ yolu ilə edəydilər, zor gücünə yox”.

Səlib yürüşünün sonunda Meklenburq və Pomeraniyanın ətraf əraziləri qarət olundu və çox qan töküldü, burara Aslan Henrinin qoşunlarının da “rəşadəti” az deyildi. Bu gələcək on illiklərdə xristianların daha çox qələbə qazanmasına şərait yaratdı. Yerli Slavyanıar həmçinin məhsuldarlıq metodlarının çoxunu itirdi. Bu isə gələcəkdə onların düşmənə müqavimət imkanını məhdudlaşdırırdı.

Rekonkuista və Lissabonun süqutu

1147-ci ilin yazında, Papa səlib yürüşünü Rekonkuista kontekstində İberiya yarımadasına doğru genişlətməyi qərara aldı. O həmçinin İkinci Səlib yürüşünün davamında Leon və Kastila kralı VII Alfonsoya Mur tayfalarına qarşı qüvvələri birləşdirməyi təklif etdi. 1147-ci ilin mayında, səlibçilərin birinci kontingenti İngiltərənin Dartmut şəhərini tərk edərək Müqəddəs torpağa doğru yola çıxdı. Ancaq pis hava gəmiləri 1147-ci ilin iyunun 16-da Portuqaliya limanında – Portuqaliyanın şimal şəhəri Portoda dayanmağa məcbur etdi. Burada onlar Portuqaliya kralı I Alfonso ilə görüşməyi qərara aldılar.