Seraph of the End və ya Yaponiyada tanınan adı ilə – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası. 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur.

Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur.

28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır.

Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır.

Məzmun

2012-ci ildə insanlar tərəfindən hazırlanmış süni virus dünyada fəlakətə yol açır və dünya əhalisinin sayını kəskin azaldır. Virus ancaq 13 yaşından kiçik uşaqlara təsir etmir. Epidemiyadan istifadə edən vampirlər Yerin dərinliklərindən üzə çıxırlar. Onlar Yer üzünü ələ keçirir, öz hakimiyyətlərini qurur və sağ qalan insanların qanından yemək kimi istifadə edirlər. Öz qanlarını onlara verən insanlara isə qoruma təklif edirlər. Yuiçiro və dostu, yetim qalmış Mikaela digər uşaqlarla Hyakuya yetimxanasından qaçmağa çalışırlar. Lakin qaçış ölümlərlə nəticələnir və Yuiçironun sağ qalması üçün Mikaela özünü qurban verir. Yuiçiro Yaponiya İmperiya Şeytan Ordusunun məhvetmə birliyi olan Ay Şeytanı Şirkəti tərəfindən xilas edilir. 4 il sonra o da birliyə qoşularaq vampirləri öldürməyə və ailəsinin qisasını almağa and içir. Lakin eyni zamanda Mikaelanın sağ olduğunu və vampirə çevrildiyini öyrənir.

Media Manqa

Manqa seriyası 3 sentyabr 2012-ci ildə Shueisha nəşriyyatının aylıq manqa jurnalı "Jump SQ"-da nəşr olunur. 7 oktyabr 2013-cü ildə Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır. Manqa Şimali Amerikada "Weekly Shonen Jump" rəqəmsal jurnalında nəşr olunur.

Shueisha tərəfindən vomiks də istehsal olunmuş və buraxılmışdır. Birinci seriyası 1 fevral 2013-cü ildə Sakiyomi Jum-Bang! tərəfindən yayımlanmışdır.

Anime adaptasiyasının həsr olunmuş "Serapetit!〜Seraph of the End four-frame manga〜" (せらぷち!〜終わりのセラフ4コマ編〜 Serapuchi!〜 Owari no Serafu 4-koma-hen 〜) adlı spin-off qaq manqası 2015-ci ilin aprelindən Shueisha nəşriyyatının "Jump SQ" jurnalında nəşr olunur. Manqa rəsmi saytda da buraxılmışdır.

Quren İçinose haqqındakı ranobe əsasında manqa adaptasiyası anons edilmiş və 6 iyun 2017-ci ildən Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunur.

Ranobe adlı prikvel manqası Quren İçinosedən bəhs edir və 9 il öncəki hadisələri ələ alır. Takaya Kaqami yazılan və Yamato Yamamoto tərəfindən çəkilən ranobe seriyası yeddi cilddən ibarət olub Kodansha tərəfindən 2013-cü ilin yanvarından 2016-cı ilin dekabrına kimi yayımlanmışdır. 15 fevral 2015-ci ildə Vertical ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırdığını açıqlamışdır. Takaya Kaqami tərəfindən yazılan dorama CD ranobe seriyasının 6-cı cildi ilə birlikdə 30 oktyabr 2015-ci ildə buraxılmışdır.

1 may 2017-ci ildə ranobe əsasında manqa adaptasiyası anons edilmişdir. Yo Azami tərəfindən çəkilən manqa 6 iyun 2017-ci ildən Kodansha nəşriyyatının "Monthly Shonen Magazine" jurnalında nəşr olunur.

Mikaelanın hekayəsindən və vampirlərin mənşəyindən bəhs edən adlı ranobe seriyası 4 dekabr 2015-ci ildən Shueisha tərəfindən nəşr olunur. Müəllifləri yenə Takaya Kaqami və Yamato Yamamotodur.

20 oktyabr 2017-ci ildə Kodansha-nın rəsmi ranobe bloqunda dekabr ayında adlı ikinci spin-off ranobe seriyasının nəşr olunacağı açıqlanmışdır. Ranobe seriyası Takaya Kaqami tərəfindən yazılır və Yo Azami tərəfindən çəkilir.

Anime

Anime adaptasiyası 28 avqust 2014-cü ildə anons edilmiş və 4 aprel 2015-ci ildə yayımlanmağa başlamışdır. Wit Studio tərəfindən istehsal olunmuş anime serialının rejissoru Daysuke Tokudo, ssenaristi Hiroşi Sekodur. Bundan əlavə, müəllif Takaya Kaqami də epizodlar üçün ssenari yazmağa kömək etmiş və sonuncu seriyaya qədər ssenari məsləhətçiliyi etmişdir. 24 seriyadan ibarət olan anime serialı iki hissəli şəkildə yayımlanmışdır. Birinci hissəsi (12 seriya) 2015-ci ilin aprelindən iyununa kimi yayımlanmışdır. İkinci hissəsi isə oktyabr-dekabr aylarında yayımlanmışdır. Anime Tokyo MX, MBS, TV Aichi və BS11 telekanallarında yayımlanmışdır. NBCUniversal Entertainment Japan 24 iyun 2015-ci ildən etibarən animeni 4 BD / DVD cildi şəklində buraxmışdır. Orijinal manqadakı omake əsasında çəkilmiş omake anime seriyaları də adı ilə cildlərə daxil edilmişdir.

31 mart 2015-ci ildə Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırdığını açıqlamışdır. Hulu da öz striminq xidməti vasitəsilə animeni yayımlamışdır. Anime Şimali Amerikada Dubble Talk striminq blokunda dublajla yayımlamışdır. Böyük Britaniyada ingilis dilinə dublaj edilmiş anime 14 fevral 2018-ci ildə Viceland vasitəsilə yayımlanır.

2 may 2016-cı ildə manqanın 11-ci cildi ilə birlikdə adlı OVA seriyası buraxılmışdır. OVA əvvəlcə 2015-ci ilin noyabrında Jump Special Anime Festa 2015 tədbirində ekranlaşdırılmışdır.

Animenin bəstəkarı Hiroyuki Savanodur. Animenin açılış və bağlanış mahnıları Yaponiyada 20 may 2015-ci ildə buraxılmışdır.

Videooyun adlı strategiya oyunu Bandai Namco Games tərəfindən 17 dekabr 2015-ci ildə PS Vita platforması üçün buraxılmışdır.

Bandai Namco Games 28 sentyabr 2015-ci ildə adlı mobil oyun da buraxmışdır.

Qəbul Manqanın birinci cildi Yaponiyanın həftəlik manqa çartında 24-cü yerə yüksəlmiş və 13 yanvar 2013-cü ilə kimi 62.434 nüsxə satmışdır. Manqa cildi həmçinin New York Times manqa bestseller çartında 3-cü yerə yüksəlmişdir. İkinci cildi həftəlik çatda 15-ci yeri tutmuş, 12 may 2013-cü ilə kimi 91.095 nüsxə satmışdır. Üçüncü cild həftəlik çartda 9-cu yerə çatmış, 15 sentyabr 2013-cü ilə kimi 121.235 nüsxə satmışdır. Dördüncü cild də həftəlik çartda 9-cu yeri tutmuş və 19 yanvar 2014-cü ilə kimi 160.444 nüsxə satmışdır. Beşinci cild də çartda 9-cu yerdə qalmış, 11 may 2014-cü ilə kimi 155.139 nüsxə satmışdır. 2015-ci ildə ümumilikdə 2,8 milyon nüsxəsi satılmışdır. 2017-ci ilin mayına kimi 7 milyon nüsxəsi, 4 aprel 2018-ci ilə kimi isə 8,5 milyon nüsxəsi nəşr olunmuşdur.

Anime News Network tənqidçisi Rebekka Silverman cildə B+ dərəcəsi vermişdir.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı Rəsmi manqa saytı Rəsmi anime saytı

Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:2016-cı ilin anime OVA-ları Kateqoriya:Şonen manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Fövqəltəbii anime və manqaları Kateqoriya:Vampirlər haqqında anime və manqalar Kateqoriya:Qaranlıq fentezi anime və manqaları Kateqoriya:Shueisha manqaları Kateqoriya:Viz Media manqaları Kateqoriya:Wit Studio Kateqoriya:Funimation Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Bandai Namco videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Ranobelər Kateqoriya:Hiroyuki Savanonun anime musiqiləri Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:2015-ci ilin Yaponiya romanları Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Production I.G Kateqoriya:Dram anime və manqaları