Ser Rocer Corc Mur (Мор ; ) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır.

Həyatı

Gənclik illəri Rocer Mur 14 oktyabr 1927-ci ildə London yaxınlığındakı Stokuelldə (Stocwell) anadan olub. Atası Corc Mur polis, anası Lilian Mur evdar qadın olub.

Rocer 18 yaşında ikən milli orduya gedib və kapitan rütbəsinə qədər qalxıb. Hərbi xidmətini başa vurduqdan sonra Dramatik İncəsənət Kral Akademiyasında () oxuyub.

Ceyms Bond obrazı Rocer Mur daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınmışdır. Aktyor "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973), "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974), "Məni sevən casus" ("The Spy Who Loved Me, 1977), "Ay yarışçısı" (Moonraker, 1979), "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981), "Səkkizayaqlı ilbiz" (Octopussy,1983) və "Öldürməyə baxış" (A View to a Kill,1985) filmlərində 007 nömrəli agent rolunu oynayıb.

Rocer Mur 23 may 2017-ci ildə 89 yaşında vəfat edib.APA — Məşhur britaniyalı aktyor Rocer Mur 89 yaşında vəfat edib

Mükafatları Britaniya İmperiyası Ordeni (1999, 2003); Hollivud şöhrət ulduzu (2007); Fransanın Ədəbiyyat və İncəsənət ordeni

Maraqlı məlumatlar 7 dəfə Ceyms Bond rolunu oynayan Rocer Mur çəkiliş meydanında atəş açmaqdan qorxurmuş. O, atəş açarkən güllə səsini eşitməmək üçün qulağını tıxacla bağlayırmış. 12 il müddətində kinoekranlarda müasirliyin ən əsas casusu – Ceyms Bondu canlandıran əfsanəvi britaniyalı aktyor Rocer Mur etiraf edib ki, çəkiliş zamanı ən çox əziyyət çəkdiyi məsələ tətiyə basmaq idi. "Sinema" kinosənayesinin jurnalına müsahibəsində 85 yaşlı aktyor çəkiliş meydanında atəş səsinə heç cürə alışa bilmədiyini deyib: "Mən atışmadan nifrət edirdim. Hər dəfə tətiyi çəkməzdən əvvəl gözlərimi qıymaq məcburiyyətində qalırdım. Məhz bu səbəbdən qulaqlar üçün tıxacdan istifadə etmək məcburiyyətində qaldım". Ümumiyyətlə aktyor çəkiliş vaxtı tez-tez qorxu hiss keçirdiyini bildirib: "Ən yaxşı hissləri evə qayıdarkən barmaqlarımı sayanda və "yaxşı ki, hamısı yerindədi" deyə düşünəndə keçirirdim"7 dəfə Ceyms Bond rolunu oynayan Rodcer Mur çəkiliş meydanında atəş açmaqdan qorxurmuş.

Filmoqrafiya thumb|Mur, 1960-cı illərdə İl Film Orijinal adı Afişa Rol Qeydlər 1945 Sezar və Kleopatra Caesar and Cleopatra 100px Roma əsgəri 1954 Parisi son dəfə gördüm The Last Time I Saw Paris 100px Paul 1955 Alfred Hiçkok təqdim edir Alfred Hitchcock Presents 100px inspektor Benson 1956 Diana Diane 100px Prins Henri 1961 Yeddi müqəddəsin qızılı Gold of the Seven Saints 100px Romul 1961 Romul və sabinlər Romulus and the Sabines 100px Şaunn 1970 Özünü təqib edən adam The Man Who Haunted Himself 100px Harold Pelham 1973 Yaşa və ölməyə imkan ver Live and Let Die 100px Ceyms Bond 1974 Qızıl Gold 100px Rod Sleyter 1974 Qızıl tapançalı adam The Man with the Golden Gun 100pxCeyms Bond 1976 Küçə adamları Street People 100px Ulisses 1976 Şerlok Holms Nyu-Yorkda Sherlock Holmes in New York 100pxŞerlok Holms 1977 Məni sevən casus The Spy Who Loved Me 100pxCeyms Bond 1978 Vəhşi qazlar The Wild Geese 100px Leytenant Şaun Fayn 1985 Öldürməyə baxış View to a Kill 100px Ceyms Bond 1996 Macəra axtarışında The Quest 100px Lord Edqar Dobbs

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Britaniya aktyorları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:"Britaniya imperiyası" ordeninin cəngavər-komandorları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası