Həsənova Məryəm Mirdaməd qızıİstiqlalçı yox, YAP-çı Məryəm Həsənova… musavat.com, 19.10.2011 () — Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili.
Həyatı 1938-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda 190 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Həyatının sonrakı mərhələləri Siyəzən rayonunda keçmişdir.
Bir müddət Siyəzən rayonunda direktor vəzifəsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. 2010-cu ildə işdən çıxmışdır.
1990-cı ilin sentyabr ayının 30-da deputat seçilməsi elan edildikdən az sonra, 6 oktyabrda qardaşı, qardaşının həyat yoldaşı, bacısı, bacısı oğlu avtomobil qəzasına düşərək həlak olmuşdur. Ondan sonra həyatının sonuna qədər başına qara yaylıq örtmüşdür.
Anasının xahişi ilə ailə həyatı qurmuş və həyat yoldaşını 2009-cu ildə itirmişdir. Övladları olmamışdır.
Siyasi fəaliyyəti 1990-cı il 6 oktyabrda Milli Məclisə deputat seçilir. 1990–1995-ci illərdə cəmi 51 nəfərdən ibarət olan Azərbaycan parlamentinin yeganə qadın üzvü olan Məryəm Həsənova 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, "Müstəqil Azərbaycan" deputat blokunun 43 üzvündən biri olmuşdur.
Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqil olması üçün mübarizə aparan Demblokun 25 üzvündən biri olan M.Həsənova vaxtilə Azərbaycan Ali Sovetinin məşhur 4-cü mikrofonda ilk çıxış edən deputatdır. İndiki Siyəzən rayonunun yaradılmasında onun xüsusi rolu var. O zaman məhz onun təklifindən sonra rayon təşkil edilib.
2000-ci il parlament seçkilərində Məryəm Həsənova Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 28-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Məryəm Həsənova deputat seçilə bilməmişdir.
Fikirləri Müstəqillik haqqında dövlət aktının qəbul olunduğu günü belə xatırlayır:
Milli Məclisə seçilməsini belə xatırlayır:
Ölümü Məryəm Həsənova uzun sürən xəstəlikdən sonra 29 iyul 2018-ci il tarixində Bakıda vəfat etmişdir. Siyəzəndə dəfn olunub.
İstinadlar
Xarici keçidlər İstiqlalçı millət vəkili Məryəm Həsənova Əbülfəz Elçibəy haqqında Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Azərbaycan milliyətçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları