Kumimanu biceae — pinqvinkimilər dəstəsinə aid olan nəsli kəsilmiş quş növü.

Təqribi olaraq 59,5–55,5 mln il əvvəl yaşaması ehtimal edilir. Onların dinozavrların məhvindən sonra yayılması güman edilir.

Bu canlının qalıqları Yeni Zelandiya ərazisində aşkar edilmişdir. Yeni növün açılışı 2017-ci ilin dekabrında elan edilmişdir.

Xüsusiyyətləri Kumimanu biceae pinqvinlərinin hündürlüyü 170 sm, uzunluğu dimdikdən quyruğa qədər 140 sm, çəkisi isə 100 kq olmuşdur. Bu elmə məlum olan ən böyük pinqvindir.

İstinadlar

Xarici keçidlər Malcolm Ritter: Ancient penguin was as big as a (human) Pittsburgh Penguin on phys.org, retrieved 15 December 2017 (Note: The title refers to the Pittsburgh Penguins ice hockey team). Kateqoriya:Pinqvinlər Kateqoriya:Pinqvinkimilər Kateqoriya:Nəsli kəsilmiş quşlar