Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. thumb|right|Neft məhsulları tankeri|393x393px

Neft emalı Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir.

Neft məhsullarının keyfiyyətinin orqanoleptik metodu Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir. Bu uyğunluğu aşağıdakı cədvəldə daha aydın görmək olar.

Benzin markalarının rənglərə görə fərqləndirilməsi Əgər etilsiz benzin sarı rəngdən tünd-qəhvəyi rəngə qədər boyanmışdırsa, bu benzinin qatranlaşmasından xəbər verir. Dizel yanacaqlarında boyanmanın intensivliyinin artması faktiki qatranlaşmanın artmasına dəlalət edir.

Qış fəsli üçün nəzərdə tutulan dizel yanacaqları yay fəsli üçün olan yanacaqlara nisbətən daha açıq rəngə boyanmış olur.

Benzinlər, reaktiv mühərriklər üçün olan yanacaqlar və dizel yanacaqları şəffaf olmalıdırlar. Yanacağın tutqunlaşması tərkibində mexaniki qarışıqların, suyun, buz mikrokristallarının və ya karbohidrogenin olmasından ola bilər. Mənfi temperaturda yay üçün olan dizel yanacaqları qış üçün olanlardan şəffaflığına görə fərqlənir.

Sürtkü yağlarının əksəriyyəti açıq-sarı rəngdən tünd-qəhvəyi rəngə qədər boyanmış olur. Qeyd etmək lazımdır ki, sürtkü yağlarının rəngi bilavasitə onların hansı istehsal müəssisəsində hazırlanmasından da asılı olaraq dəyişə bilər. Lakin bəzi sürtkü yağları vardır ki, onlar daimi rəngə malikdirlər: HK-50 tünd yaşıl, TSİATİM-208 qara, TSİATİM-205 ağ, USSA yaşıl, parıltılı qara.

Bundan başqa, zərif və qaba strukturlu sürtkü yağlarını fərqləndirirlər. Qaba strukturlu sürtkü yağları dənəvər, lifli və hamar ola bilər. Yağlarda qaba strukturlu onu ştapel vasitəsilə şüşə plastika üzərinə nazik təbəqə çəkməklə təyin edirlər.

Konstalin tipli yağların səthində isə zərif liflər müşahidə edilir. TSİATİM201 markalı salidor yağları isə bərabər, hamar qat əmələ gətirir.

Sürtkü yağının səthində sıx pərdənin olması onun oksidləşdiyini göstərir. Sabunlu yağlayıcılarda yağın ayrılması onun təbəqələşməsinə nişanədir.

Soyuducu mayelərin orqanoleptik keyfiyyət göstəricilərinə onların rəngi, şəffaflığı, mexaniki qarışıqların və neft məhsullarının miqdarı daxildir.

40 markalı mayelər sarı, 65 markalılar isə narıncı rəngə malik olurlar. Mayedə mexaniki qarışıqların olması ondan xəbər verir ki, maye işlənmişdir və yaxud saxlanma zamanı çirklənmişdir. Soyuducu mayelərdə neft məhsulları qarışığı olduqda davamlı köpük əmələ gəlir ki, bu da mayenin istilik tutumu və istilik keçirməsini pisləşdirir.

Tormoz mayenin orqanoleptik keyfiyyət göstəricilərinə aşağıdakılar aiddir: rəng, şəffaflıq, iy, mexaniki qarışıqların varlığı, həllolma (suda və benzində). Orqanoleptik qiymətləndirmə zamanı rəng, şəffaflıq və mexaniki qarışıqlar işıqda şüşə silindrdə baxmaqla müəyyən edilir.

Aviasiya benzini Avtomobil benzini Marka Rəng Marka Rəng B-70 rəngsiz A-72 narıncı B-91/115 yaşıl A-76 rəngsiz B-95/130 sarı Aİ-93 yaşıl B-100/130 narıncı Aİ-98 sarı

Təyyarə benzinləri Təyyarə benzinləri neftin ilk distilləsində, katalitik və riforminq proseslərində alınan məhsulların alçaq temperaturda qaynayan fraksiyalarından təşkil olunan baza benzinlərinə yüksəktonlu komponent və aşqarlar qarışdırmaqla istehsal edilir. Bu komponentlərin qatılmasında əsas məqsəd təyyarə benzinlərinin keyfiyyətini artırmaqdır.

Oktan ədədi benzinlərin əsas keyfiyyət göstəricilərindən biridir. Oktan ədədini artırmaq üçün antidetanatorlardan istifadə edilir. Təyyarə benzinlərində yüksək oktanlı komponentlər kimi izoquruluşlu fərdi karbohidrogenlərdən (izpentan, izooktan), benzol və izobutadien kimi doymamış karbohidrogenlərlə alkilləşməsindən alınan məhsullardan (alkilbenzol) istifadə olunur. Qeyd etmək lazımdır ki, bunlar benzinin yalnız antidetonasiya qabiliyyətini yüksəldir.

Eyni zamanda oktan ədədini artırmaq üçün aşqar kimi etol mayesi şəklində işlədilən tetraetilqurğuşun (TEQ) (benzinin hər kiloqramına çoxu 3,3 q) istifadə olunur.

Avtomobil benzinləri Hazırda standarta əsasən sənayedə 5 markada avtomobil benzini hazırlanır (A-72, 76; Aİ-93, 95, 98). Avtomobil benzinin əsas keyfiyyət göstəricisi onun oktan ədədidir. Ona görə də onların oktan ədədini artırmaq üçün onlara antidetonator əlavə edilir. Amma A-72 çeşidli benzin antidetonatorsuz istehsal olunur. Yerdə qalan çeşidli benzinlərə isə antidetonator kimi etil mayesi şəklində TEQ (çoxu 0,50 q) əlavə edilir. Avtomobil və təyyarə benzinlərinin əsas keyfiyyət göstəriciləri aşağıdakılardır: Detonasiyaya davamlılıq; Fraksiya tərkibi, buxarlanma qabiliyyəti və doymuş buxarların təzyiqi; Oksidləşməyə qarşı kimyəvi sabitlik, kükürdlü birləşmələrin zərərli təsiri və s. Qeyd etmək lazımdır ki, detonasiyaya davamlılıq oktan ədədi ilə xarakterizə olunur. Bezinlərin detonsiyaya davamlılığı onların tərkibinə daxil olan karbohidrogenlərdən asılıdır. Detonasiyaya ən çox meyl göstərən normal parafin karbohidrogenləri, ən az detonasiya yaradan isə aromatik karbohidrogenlərdir. Naften karbohidrogenləri isə bu iki karbohidrogen arasında orta yer tutur.

Oleyin karbohidrogenlərinin antidetonasiya xassəsi parafinlərə nisbətən daha yüksəkdir.

Hazırda oktan ədədi (motor üsulu ilə) 72-dən 89-a qədər olan avtomobil benzinləri buraxılır. Karbüratorlu mühərriklərdə sıxılma dərəcəsi artırıldığı üçün, görünür gələcəkdə avtomobil benzinləri detonsiyaya davamlılığına verilən tələb daha da yüksəldiləcəkdir.

Fraksiya tərkibi yanacağın antidetonasiya xassəsinə böyük təsir göstərən amillərdən biridir. Benzin yüngül olduqca onun antidenonasiya xassəsi də yüksək olur. Benzinlərin fraksiya tərkibini distillə vasitəsilə müəyyən etmək üçün altı temperatur nöqtəsi əsas götürülür: qaynama başlanğıcının temperaturu, °C; benzinin 10%-lik fraksiyasının qaynama temperaturu; 50%-lik fraksiyanın qaynama temperaturu; 90%-lik fraksiyanın qaynama temperaturu; 97,5%-lik fraksiyanın qaynama temperaturu; qaynama temperaturu. 300px|thumb|right| Qalıq anbarı — neft və neft məhsulları qalıqlarının toplanıb saxlanılması üçün istifadə edilən 400 tonluq çən Benzinin qaynama başlanğıcının temperaturu mühərrikin alçaq temperaturda işədüşmə xassəsini və onun yanacaq verilən boru kəmərlərində qaz buxarı əmələgətirmə qabiliyyətini göstərir. 10%-lik qaynama temperaturu təyyarə benzinləri üçün 75–88 °C və avtomobil benzinləri üçün 70–79°C-yə bərabərdir. Benzinin 50%-lik qaynama temperaturu onun orta buxarlanma qabiliyyətini mühərrikin bir rejimdən digər rejimə keçməsini və onun iş zamanı davamlılığını göstərir. 50%-lik fraksiya aşağı temperaturda qaynadıqca, onun buxarlanma qabiliyyəti yüksək olur və mühərrik normal işləyir. Bu temperatur təyyarə benzinləri üçün 105 °C, avtomobil benzinləri üçün 115°C-dən yüksək olmamalıdır. Benzinin 90%lik qaynama temperaturu onun tərkibində çətin buxarlanan fraksiyaların olduğunu göstərir. Bu temperatur aşağı olduqda benzinin tərkibində çətin buxarlanan fraksiyanın miqdarı az olur, yanacaq karbüratorda tam buxarlanır və beləliklə də silindrlə bərabər paylanır. Bu temperatur təyyarə benzinləri üçün 145°C-dən çox olmamalıdır.

A-66 köhnə markalı avtomobil benzinində bu temperatur 195 °C, digər benzinlərdə isə 180°C-dən çox olmalıdır. 97,5%-lik qaynama temperaturu mühərrikin sorucu sistemində yanacağın tam buxarlanmasını göstərir. Bu temperatur təyyarə benzinləri üçün 180 °C olmalı, avtomobil benzinlərində isə 205°C-ni ötməməlidir.

Qaynama temperaturu isə benzində ağır fraksiyaların qarışığını göstərir. Temperatur yüksək olduqda karterdəki yağ durulaşıb və natamam yanma getdiyi üçün qurum əmələ gəlir. Bu temperatur təyyarə benzinləri üçün 180 °C, yay avtomobil benzinləri üçün 195 °C, qış avtomobil benzinləri üçün 165°C-dən çox olmamalıdır.

Doymuş buxarların təzyiqi karbüratorlu mühərriklərdə yanacağın buxarlanması haqqında bizə əlavə məlumat verir, həm də mühərrikin qidalanma sistemində yanacağın qaz tıxacı əmələgətirmə qabiliyyətini göstərir. Benzinin doymuş buxarlarının təzyiqi nə qədər çox olarsa, bir o qədər də asan buxarlanar. Yüksəklikdə uçan təyyarələrin mühərriklərinin boru kəmərlərində qaz tıxacı əmələgətirmə qabiliyyəti yüksək olur. Buna görə də təyyarə benzinlərinin doymuş buxarlarının təzyiqi məhdudlaşdırılır (norma üzrə 360 mm c.st.).

Karbüratorlu mühərriklərdə işlədilən yanacaqların kimyəvi sabitliyi onların tərkibində olan və havanın oksigeni ilə asan oksidləşən oleyin karbohidrogenləri ilə xarakterizə edilir. Oksidləşmə nəticəsində yanacaqların oktan ədədi azalır. Bu da onların keyfiyyətinə təsir göstərir. Bu zaman da onların yama əmələgətirmə qabiliyyəti yüksəlir.

Oksidləşməyə qarşı sabitlik benzin fraksiyasında olan qatranın həqiqi və potensial miqdarı ilə qiymətləndirilir. Qatranların həqiqi miqdarı müəyyən miqdar məhsulu hava axını vasitəsilə su hamamında buxarlandırmaqla təyin olunur. Buxarlanmadan sonra qalığın miqdarı 100 ml benzinə hesablanmaqla qatranın həqiqi miqdarı təyin edilir. Qatranın həqiqi miqdarı təyyarə benzinləri üçün 4 mq/100 ml, avtomobil benzinləri üçün 7 mq/100 ml-dən çox olmamalıdır.

Karbüratorlu mühərriklərdə işlədilən benzinlərin keyfiyyətini xarakterizə edən əsas amillərdən biri də onlardakı kükürdlü birləşmələrin miqdarı və xassəsidir. Benzindəki kükürdlü birləşmələr metalı korroziyaya uğradır, karbohidrogenlərə zərərli təsir göstərir, benzinin antidetonasiya xassəsini aşğı salır, benzinin etil mayesini qəbuletmə xassəsini pisləşdirir.

Benzinin tərkibində olan hidrogen-sulfid, metkaptan və sərbəst kükürd keyfiyyətə daha pis təsir göstərir. Hidrogen-sulfid turşusu dəmiri korroziyaya uğradır.

Metkaptanlar metala təsir etdikdə onu yeyir və metkaptidlər əmələ gətirir. Bunlar qızdırıldıqda isə metal sulfidinə və sulfidlərlə ayrılır. Metal sulfidlər metalın kristal quruluşunu dağıdır, mühərrik silindrinin səthini korlayır, bununla da silindr divarları ilə porşen halqalarının kipliyi pozulur.

Elementar kükürd adi temperaturlarda mis, gümüş və civəyə, yüksək temperaturlarda isə dəmirə təsir göstərir. Qeyd etmək lazımdır ki, yüksək temperaturlarda (150–2000C) elementar kükürd naften və parafin karbohidrogenlərini hidrogensizləşdirərək hidrogen-sulfid, olelinlər, asfaltların və karbon əmələ gətirir.

Tərkibində kükürdlü birləşmələr olan yanacağı yandırdıqda kükürd qazları alınır. Sistemdə kiplik olmadıqda bu qazlar karterə keçərək, oradakı nəmliklə birləşərək sulfat turşusu əmələ gətirir. Aydındır ki, bu turşu da mühərriki metal hissələrinə yeyici, korroziedici təsir göstərir.

Kükürdlü birləşmələr həm də benzinlərin etil mayesini qəbuletmə xassəsini pisləşdirir. Beləliklə də onların oktan ədədi azalmış olur. Qeyd etmək lazımdır ki, sulfidlərin, disulfidlərin, tiofan və tiofenlərin metala təsiri eyni deyildir. Bunlar da benzinlərin antidetonasiya xassəsinə pis təsir göstərir.

Traktor yanacaqları Neftdən alınan liqroin və kerosin fraksiyalarından karbüratorlu mühərriklə işləyən traktorlarda yanacaq kimi istifadə edilir. Bu yanacaqlar da benzinlərin keyfiyyət göstəriciləri (oktan ədədi, fraksiya tərkibi, doymuş buxarların təzyiqi, kimyəvi sabitlik və s.) ilə xarakterizə olunur.

Dizel yanacaqları