Battle Angel Alita: Holy Night and Other Stories () və ya Yaponiyada tanınan adı ilə – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır.
Məzmun Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir.
"Müqəddəs gecə" hekayəsi 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir. Ən uzun olan hekayədir.
"Supersonik barmaqlar" hekayəsi 579-cu ildə baş verir. Coşuqan ilə qarşılaşmasından və motorboldan ayrılmasından sonra Alita müəmmalı birinin hücumuna məruz qalır. Alita bir neçə ovçu-döyüşçünün köməyi ilə onu məğlub etmək üçün plan qurur.
"Evə qayıdış" hekayəsi 386-cı ildə Alitanın TUNED casusu olduğu dövrdə baş verir. Alitanın çıxdığı bir missiyadan bəhs edilir. Ən qısa və ən az dialoq olan hekayədir.
"Barjack rapsodiyası" hekayəsi 591-ci ildə baş verir. Vektor Tiferes qülləsini tikmək üçün Kaosa dəstək olandan sonra Koyomi dirilən Denin izlərini araşdırmağa başlayır.Gunnm: Another Stories — Gunnm LO History timeline
Buraxılış
Manqa 24 yanvar 1997-ci ildən 19 dekabr 2006-cı ilə kimi Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında yayımlanmışdır. 19 dekabr 2007-ci ildə 7 fəsil olmaqla tək cildi buraxılmışdır. Cildin məhdud nəşrinə Alitanın fiquru daxil edilmişdir. ABŞ-də Kodansha USA tərəfindən lisenziyalaşdırılmışdır və tək cildi 9 oktyabr 2018-ci ildə ABŞ-də buraxılacaqdır.
Manqa Fransada Glenat, Almaniyada Carlsen, Tayvanda Tong Li Publishing, İspaniyada Planeta DeAgostini tərəfindən nəşr olunmuşdur.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1997-ci ilin manqaları Kateqoriya:Battle Angel Alita Kateqoriya:Seynen manqaları Kateqoriya:Kiberpank anime və manqaları Kateqoriya:Postapokaliptika anime və manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Shueisha manqaları