Vasili Utkin (; ) — rusiyalı İdman jurnalisti, televiziya şərhçisi, televiziya və radio aparıcısı, şoumeni və aktyoru. Sports.ru portalının həmsahiblərindən biri. 1 sentyabr 2010-cu ildən 31 avqust 2015-ci ilədək "NTV-Plyus" idman kanallarının baş redaktoru.Уткин назначен главным редактором спортивных каналов "НТВ-Плюс" // televesti.ru, 31. avqust 2010

2014-cü ildən 2015-ci ilədək "STS" telekanalında "Böyük sual" əyləncəli oyun şousunu aparıb. 1 noyabr 2015-ci ildən 5 fevral 2016-cı ilədək "Matç TV" telekanalının əməkdaşı olub. 3 mart 2016-cı ildən 13 may 2017-ci ilədək "Eurosport" telekanalının şərhçisi işləyib.

15 iyul 2016-cı ildə "Con Donn" pab şəbəkəsinin kreativ direktoru vəzifəsinə təyin edilib.

Bir sıra həmkarlarının, futbolçuların və medianın fikrincə, Utkin Rusiyada müasir idman jurnalistikasının dilini və imicini yaradıb, eyni zamanda dövrünün ən istedadlı və tanınan rusdilli futbol şərhçisi olub.

Artıq çəkidən və ürək-damar sistemindəki problemlərdən əziyyət çəkən Utkin, 19 mart 2024-cü il tarixində vəfat edib.

Biblioqrafiya Vasili Utkin. Futbol oynayın! İdman şərhçisinin qeydləri. — "Amfora", ISBN 978-5-367-00789-3; 2008. — 312 səh. — 5000 nüsxə. Vasili Utkin. Top ətrafında qarışıqlıq. İdman şərhçisinin qeydləri. — "Amfora", ISBN 978-5-367-00822-7; 2008. — 320 səh. — 5000 nüsxə.

İstinadlar

Xarici keçidlər

Vasili Utkinin konsert saytı Vasili Utkinin tərcümeyi-halı

Kateqoriya:Balaşixada doğulanlar Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:TEFİ mükafatı laureatları Kateqoriya:Futbol jurnalistləri Kateqoriya:"Nə? Harada? Nə zaman?" oyunçuları Kateqoriya:YouTuberlər Kateqoriya:Futbol şərhçiləri