Cavanşir Rəhim oğlu Quliyev () — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992).
Həyatı Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.
Diplom işi — böyük simfonik orkestr üçün "Birinci Simfoniya" olub. Hələ tələbə ikən, C. Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C. Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tətbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
1990–1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980–1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994–2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.
O, 19 il Şimali Kipr Türk Respublikasında yaşadıqdan sonra Azərbaycana qayıdıb.
Şəxsi həyatı 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.
Mükafatları Azərbaycan SSR Lenin komsomolu mükafatı (1982) "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı (1992) "General Məhəmməd Əsədov" mükafatı (1993) Şəhriyar adına mükafat (1995) Avropa Türk-İslam birliyinin qızıl medalı- Almaniya (1997) "Humay" mükafatı (2000) "Qızıl dərviş" mükafatı (2001) Azərbaycan Kinematoqrafçılar İttifaqının "Milli Kinematoqrafiya qarşısında xidmətlərinə görə" mükafatı (2015) 2015-ci ildə "Sübhün səfiri" filminə görə "Ən yaxşı orijinal musiqi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
Əsərləri Baletlər: Oğuznamə, "Tufan (balet)", "Kitabi Dədə Qorqud (balet)" Zurna və orkestr üçün Üvertüra (1980); Fleyta, saz və violonçel üçün "Karvan" (2000); Simli orkestr üçün "Dastan" (2001); 4 simfoniya "Məhəbbət oyunu" Operettası /libretto — Q. Rəsulov/ (2001). Rəqs "Müşfiq ağıları" (oratoriya, 2020)
Mahnıları Video C. Quliyevin musiqisinə Yallı rəqsi Yarım Gilə (feat Brilliant Dadaşova)Yarım Gilə (feat. Brilliant Dadaşova) Bəlkə bu təsadüf məhəbbət oldu (feat Aygün Bəylər)Aygün Bəylər - Bəlkə, bu təsadüf məhəbbət oldu | Ötən günlər Sevəcəyəm (feat Brilliant Dadaşova) Sevəcəyəm (feat. Brilliant Dadaşova) Vəfasızsan (feat Aygün Kazımova)Vəfasızsan (feat. Aygün Kazımova) Hər Şey Gözəldir Həyatda (feat Akif İslamzadə və Brilliant Dadaşova)- YouTube
Audio "Kim nə deyər bizdə olan qeyrətə" — sözləri: Mirzə Ələkbər Sabir "Bir uçaydım" — sözləri: Məhəmmədhüseyn Şəhriyar
Filmoqrafiya
Teatr tamaşalarına musiqi M. F. Axundov "Xırsquldurbasan" /rejissor: Cahangir Novruzov/Şəki D. D. Teatrı/" "Hərənin bir ulduzu" /rej: H. Atakişiyev/Şəki D. D. Teatrı/" "Evlərin axşamları"/Şəki D. D. Teatrı/" "Sevgililərin cəhənnəmdə vüsalı" /müəllif — İ. Əfəndiyev/ (1991); "İydə ağacı" /müəllif — İ. Əfəndiyev/ (1992); "Özümüzü kəsən qılınc" /müəllif — B. Vahabzadə/ (1999); "Dar ağacı" /müəllif — B. Vahabzadə/, "Aydın" /müəllif — C. Cabbarlı/ (2000).
Məqalələri "Azərbaycan mahnısı: Yol ayrıcında". "Musiqi dünyası" jurnalı, № 1, 1999; Musiqili kompüter proqramları. "Musiqi dünyası", № 2, 2000.
Həmçinin bax Oğuznamə (balet)
İstinadlar
Xarici keçidlər Samirə Behbudqızı — 12 günlük balet
Məktəblərimizin problemlərindən bəhs edən film
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Azərbaycan balet bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:"General Məhəmməd Əsədov" mükafatı laureatları Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:"Qızıl Pəri" mükafatı laureatları Kateqoriya:Azərbaycan pedaqoqları