() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Koreyada geniş əraziləri əhatə edir.
Botaniki xarakteristikası Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır. 10-25 ədəd çiçəyi möhkəm salxımlara yığılmışdır. Meyvələri oval, al-qırmızıdır (qonur çalarlı), uzun müddət budaqlarda qalır, sentyabr-oktyabrda yetişir. 5 yaşından başlayaraq hər il çiçəkləyir və meyvə verir. Toxumlarla və bəzən yaşıl qələmlərlə çoxaldır.
Ekologiyası Quraqlığa və qışadavamlıdır. Yaxşı işıqlı yerlərdə bitməyə üstünlük verir, torpağa tələbkar deyil. Çox budanmanı yaxşı keçirir.
Azərbaycanda yayılması Azərbaycanda park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi Çiçəkləmə və meyvəvermə dövründə çox gözəl olur. Tək əkinlərdə, qazonda, dekorativ qruplarda, canlı çəpərlər salınmasında çox effektlidir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası