() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çilidə və Argentinada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 3 m-ə çatan koldur. Cavan budaqları qırmızı-qəhvəyi, yaşıl budaqları isə boz-sarı rəngli olub üzəri tükcüklərlə örtülmüşdür. Budaqlarının üzərində 0,4-1,2 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları yarımdairəvi, uzunluğu 2-5 sm, eni 1-2 sm-dir. Üst tərəfdən parlaq, boz-yaşıl, alt tərəfdən isə açıq yaşıldır. Yarpaqlarının kənarı mişardişli, uc hissəsi isə tikanlıdır. Avqustdan dekabr ayına qədər ardıcıl çiçəkləyir, 3-7 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır. Çiçəkləri sarı rəngli, 7-14 ləçəklidir. Çiçəyinin uzunluğu 0,5-1 sm-dir. Meyvələri noyabr ayından mart ayına qədər yetişir, yarımdairəvi formada, 1 sm uzunluğundadır. Meyvələrinin içərisində uzunluğu 5-6 mm olan 4-6 ədəd toxum yerləşir. Toxumla çoxaldılır.
Ekologiyası Abşeronun mühit amillərinə davamlıdır. Rütubətli rayonlarda yayılmışdır. Kölgədə bitir.
Azərbaycanda yayılması Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Qəbələdə, Ordubadda rast gəlinir.
İstifadəsi Dekorativ və yeməli bitkidir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:1789-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Argentina florası Kateqoriya:Çili florası