MySQL dünyanın ən məşhur baza sistemlərindən biridir. MySQL əvvəllər İsveçin MySQL AB kompaniyası tərəfindən işlənilirdi. İndi isə Sun Microsystems şirkətinə məxsusdur. Proqramın açıq kodu GNU General Public License lisenziyası altında mövcuddur. MySQL proqram təminatı SQL sorğu dilindən istifadə edərək verilənlər bazası ilə işləməyə imkan verir. MySQL <may-es-kyu-el> – sərbəst (havayı) yayılan relyasiyalı verilənlər bazasının idarəolunması sistemi. Oracle Corporation şirkəti tərəfindən inkişaf etdirilir və dəstəklənir. MySQL kiçik və orta həcmli məsələlərin həllində istifadə olunur.

İstifadəsi MySQL əməliyyat sistemlərinə server kimi instalyasi olunur. 11 milyondan artıq instalyasiyası vardır. Əksər veb serverlər MySQL bazası ilə idarə olunur.

MySQL alətləri MySQL bazasını idarə etmək üçün həm command-line, həm də GUI (qrafik istifadəçi interfeysi) şəklində bazaya administratorluq, bazada dəyişiklik etmək və digər işləri görmək üçün müxtəlif alətlər mövcuddur.

Database Master MySQL idarə aleti (Türk)

Xüsusiyyətləri Əməliyyat sistemindən asılı deyildir. Demək olar ki, əksər əməliyyat sistemləri üçün instalyasiyaları movcuddur. ANSI SQL 99 dəstəkləyir. Prosedura, funksiya, triqqer, kursorlar yaratmaq imkanı vardır. SSL dəstəklidir. Mətn indeksləşşdirilməsi, axtarışı mövcuddur. Yunikod dəstəklidir. Həqiqi VARCHAR tiplidir. INFORMATION_SCHEMA InnoDB, BDB and Cluster dəstəklidir. Həmçinin bax Baza sistemləri Linux Apache PHP SQL İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Verilənlər bazasının idarəetmə sistemləri Kateqoriya:Çarpaz platformalı proqram təminatı Kateqoriya:Oracle proqram təminatı Kateqoriya:1995-ci il proqramları