"Yeni Çağ" — Aqil Ələsgərin təsisçisi və rəhbəri olduğu, Azərbaycanda fəaliyyət göstərən hakimiyyətyönümlü media–qrup.

"Yenicag.az" Azərbaycanın ilk xəbər portallarından biridir.

Tarixi 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" ictimai-siyasi qəzetinin rəsmi saytı yenicag.az 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür.

2016-cı ilin dekabrından "Yeni Çağ"ın türk (Yenicag.info) və rusdilli (Yenicag.ru) versiyaları, 2018-ci ildən isə "yenicag.tv" fəaliyyətə başladıqdan sonra media qrupa çevrilib.

2018-ci ildə media qrupun rəhbəri Aqil Ələsgərin yoxa çıxdığı, oğurlandığı açıqlanıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov A. Ələsgərin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını açıqlayıb. 1 gün sonra sərbəst buraxılıb.

2025-ci ildə Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yayıb. O, açıqlamasında heç kimin adını çəkməsə də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini deyib. Bundan bir neçə gün sonra keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib.

A. Ələsgərin 2026-cı ildə Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan Ölçüsü Konfransında Azərbaycanın vətəndaş cəmiyyəti — “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi statusunda rus dilindəki çıxışı Azərbaycan mediası və sosial şəbəkələrdə tənqidlərlə qarşılanıb.

Fəaliyyəti

"Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub.

Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən media qrupun təsisçisi və baş direktoru Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən Üzü" və "Səssiz işğal" kitabları yayımlanıb.

Hal-hazırda "Yeni Çağ" Media Qrupuna "Yenicag.az" (), "novayaepoxa.com" (Новая Эпоха) (),"Yenicag.info" () və "yenicag.tv" domenləri daxildir.

Həmçinin bax Global Media Group Day (media-şirkət) Modern Media Qrupu Yeni Müsavat Xalq Cəbhəsi Səs Media Qrupu Gündəlik Teleqraf APA Group Liatris Holding

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan xəbər veb-saytları Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar