() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Aralıq dənizinin qərb hissələrində, Orta Avropada, İranda, Monqolustanda, Yaponiyada və Çində yayılmışdır. İlk dəfə Tatarıstan və Moraviyada təsvir edilmişdir.
Botaniki xarakteristikası Hündürlüyü 30-50 sm olan qollu-budaqlı yarımkoldur. Gövdələri nazik çubuqvari, bozumtul rəngdədir. Yarpaqları qısa saplaqlı, xətvari, lansetvari, tamkənarlıdır. Çiçəkləri qısa boylu, sıx sünbüllərə yığılmışdır. Çiçəkaltlıqları dişi çiçəklər boyu üzrə bitişik, uc tərəfi dişvaridir. İyul-avqust aylarında çiçəkləyir. Meyvəsi yumurtavari, 3 mm uzunluğundadır, sentyabr-oktyabr aylarında yetişir.
Ekologiyası Duzluluğa və quraqlığa davamlıdır. Daşlı, gilli quru yamaclarda,səhra və ya yarımsəhralarda bitir.
Azərbaycanda yayılması Böyük Qafqazda, Naxçıvan MR-da yayılmışdır.
İstifadəsi Yanacaq üçün istifadə olunur. Cavan budaqlarını və yarpaqlarını dəvələr, atlar və iri mal-qara yeyir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Asiya florası Kateqoriya:Mərakeş florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları