Belarus Silahlı Qüvvələri — Belarus Respublikasının ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu.

Belarus Silahlı Qüvvələrində xidmət edən hərbi qulluçuların sayı 46 min 482 nəfərdən ibarətdir. Belarus ordusunun silahlanmasında 1317 ədəd tank, 1942 ədəd zirehli maşın, 63 ədəd təyyarə və 15 döyüş helikopteri var. O cümlədən silahlanmanı 100 millimetrdən böyük kalibrli 1079 artilleriya qurğusu tamamlayır.

2017-ci il çərçivəsində Belarus Silahlı Qüvvələrində 1300-dən çox hərbi hazırlıq tədbiri keçirilib. Hərbi qulluqçular 22 min 200-dən çox paraşütlə tullanış həyata keçiriblər. 2017-ci ildə hazırlıq proqramı çərçivəsində 3000-dən çox hərbi mütəxəssis, o cümlədən 277 zabit və 1638 kiçik komandir heyəti hazırlanıb.

İstinadlar

Həmçinin bax Belarus Hərbi Hava Qüvvələri

Xarici keçidlər Azərbaycan Respublikası Müdafiə naziri Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan mərasimdə iştirak edəcək Belarus Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi Belarusian army aims to protect Russian airspace, not to atack other countries

Kateqoriya:Ölkələrinə görə silahlı qüvvələr Kateqoriya:Belarus