Roza Camali () - Əslən İran azərbaycanlılarından olan şair, tərcüməçi və dramaturq.
Həyatı Roza Camali 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur.
Təhsili Roza Camali Tehran İncəsənət Universitetində dramaturgiya üzrə təhsil almışdır.
Yaradıcılığı Onun ilk şerlər külliyatı "Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur" adlanır. Bu əsər 1997-ci ildə İran poeziyasında yeni bir üslubun əsasını qoyan əsər kimi çap edilmişdir. Bu əsər İran poeziyasında yeni yaradıcı imkanlar yaratmışdır. Həmin ildə onun ikinci şerlər kitabı nəşr edilmişdir. "Üz düzəltmək" adlanan bu şerlər kitabı tənqidçilər tərəfindən müsbət rəy almışdır. Onun üçüncü şerlər kitabı "Cinayət hekayəsi üçün kofe düzəltmək" adlanır. O bu əsəri yazarkən Sadiq Hidayətin "Kor Bayquş" əsərindən təsirlənmişdir. Onun ən çox oxunan əsərləri "Şüşə saat dərin yuxudadır" və "Magistral yollar bağlanıb" adlanır. O bu əsərlərində müasir dövrdə baş verən hadisələri qədim İran mifologiyası ilə ustalıqla birləşdirə bilmişdir.
İran şer tənqidçisi Ute Marqaret Saine Roza Camalini İran şeriyatının yeni dövrünün banilərindən biri hesab edir. Britannika ensiklopediyası Roza Camalini İran poeziyasında yeni ifadə üslublarının banisi hesab edir.
Əsərləri Poeziyası Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur (1997) Üz düzəltmək (1998) Cinayət hekayəsi üçün kofe düzəltmək (2002) Şüşə saat dərin yuxudadır (2011) Magistral yollar bağlanıb (2014)
Dramaturgiyası Kölgı (2007)
Tərcümələri Uilyam Batler Yeytsin Bizansa yelkən açmaq əsərini farscaya tərcümə etmişdir. İdrisilərin evi (Fatimə Əlizadənin bu əsəri farscadan Roza Camali tərəfindən ingiliscəyə tərcümə edilmişdir. )
İstinadlar
Kateqoriya:İran şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:İran ssenaristləri Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:XX əsr tərcüməçiləri