Eduardo Qaleano () — Uruqvay jurnalisti, yazıçı və solçu siyasi xadim.
Həyatı Eduardo Qaleano 3 sentyabr 1940-cı ildə anadan olmuşdu. Orta təbəqədən sayılan katolik ailədə dünyaya göz açmış Eduardo uşaqlığından Cənubi Amerikada doğulan əksər oğlan uşağı kimi futbola dərin maraq və həvəs duysa da, maddi vəziyyət onu oyundan çox, işləmək haqqında düşünməyə məcbur edib. 14 yaşına kimi bir çox yerdə işləyən balaca Eduardo ilk siyasi-cizgi romanını 1954-cü ildə yazıb. 14 yaşında bir uşaq üçün "El Sol"a qəzetinə satılacaq qədər yaxşı roman yazmaq olduqca böyük uğur göstəricisi idi. Artıq 20 yaşında Eduardo əmək fəaliyyətini "Marcha" qəzetində redaktor kimi davam etdirirdi. 20 il davam edən bu sakit və uğurlu karyera 1973-cü ildə baş vermiş hərbi çevriliş nəticəsində bir anda silinir. İqtidarın dəyişməsindən sonra həbs edilən yazar üçün daha sonra sürgün əmri verilir. Argentinaya sürgün edilən Eduardo burada ən yaxşı bildiyi işə — yazıya və jurnalistikaya sahib çıxır və sonrakı dövrlərin məşhur dərgilərindən olan "Crisis"i yaradır. Lakin Eduardonun sakit və dinc həyat arzuları burada da çiçəkləmir. 1976-cı ildə Argentinada da hərbi çevriliş baş verir və bu dəfə yazıçı başqa bir qonşu ölkəyə yox, birbaşa İspaniyaya üz tutur. Sürgün və müharibədən canını qurtarmış bütün yazarlar kimi Eduardonun da ilk işi bu xatirələri qələmə almaq olur. Onun sürgün illərini qələmə aldığı "Alovlu xatirələr" ("Memoria del fuego") trilogiyası inanılmaz uğur qazanır və müəllifi dünyaca məşhur yazar edir. 1985-ci ildə Qaleano Montevideoya qayıdır. Ömrünün son 30 ilini vətənində nəhayət ki, arzuladığı kimi yaşamaq imkanı əldə edən yazar burada ağciyər xərçəngindən dünyasını dəyişir. Onun esse və məqalələrinin əsas mövzusu dünya və bəşəri problemlərin həlli yoludur. Bu problemlər arasında Eduardonun ən çox həssaslıq göstərdiyi isə qul və qadın ticarəti məsələsi olub. Kitablarında daha çox xəbərlərdən istifadə olunmaqla, müxtəlif mövzularda dəyənləndirmə aparılır və nümunələr göstərilir.
Onlarla kitabın müəllifi olan yazıçının bir çox essesi var. Onun əsərləri dünyanın 20 dilinə tərcümə edilib.
Eduardo Qaleano 13 aprel 2015-ci ildə ağciyər xərçəngindən vəfat edir.
Əsərləri İl İspanca adı İspanca ISBN İspan nəşri İngilis dilinə tərcüməsi1963Los días siguientesAlfa The following days1964China 1967Guatemala, país ocupado Guatemala: Occupied country (1969)1967Reportajes 1967Los fantasmas del día del león y otros relatos 1968Su majestad el fútbol 1971Las venas abiertas de América LatinaSiglo XXI Open Veins of Latin America (1973) http://monthlyreview.org/press/books/pb9916/ Open Veins of Latin America1971Siete imágenes de Bolivia 1971Violencia y enajenación 1972Crónicas latinoamericanas 1973Vagamundo 1980La canción de nosotros 1977Conversaciones con Raimón 1978Días y noches de amor y de guerraDel Chanchito Days and Nights of Love and War 1980La piedra arde 1981Voces de nuestro tiempo 1982–1986Memoria del fuego Del Chanchito Volume I: Volume II: Faces and Masks. .
Volume III: Century of the Wind. .1984Aventuras de los jóvenes diosesSiglo XXI 1985Ventana sobre Sandino 1985Contraseña 1986La encrucijada de la biodiversidad colombiana 1986 El descubrimiento de América que todavía no fue y otros escritosEditorial Laia 1988–2002 El tigre azul y otros artículosCiencias Sociales (Cuba) 1962–1987 Entrevistas y artículosEdiciones Del Chanchito 1989El libro de los abrazosSiglo XXI The Book of Embraces 1989Nosotros decimos no Siglo XXI 1990América Latina para entenderte mejor 1990Palabras: antología personal 1992Ser como ellos y otros artículos Siglo XXI 1993Amares Alianza, España 1993Las palabras andantes Del Chanchito 1994Úselo y tírelo Editorial Planeta 1995El fútbol a sol y sombraSiglo XXI Football (soccer) in Sun and Shadow 1998Patas arriba: Escuela del mundo al revés Macchi Upside Down: A Primer for the Looking-Glass World 2000, 1999Carta al ciudadano 6.000 millonesDe autores varios: Maryse Condé; Ariel Dorfman. Ediciones B2001Tejidos. Antología Ediciones Octaedro 2004Bocas del tiempo Catálogos Editora Voices of time: a life in stories 2006El viaje 2007Carta al señor futuro 2008Patas arriba/ la escuela del mundo al revés Catálogos Editora2008Espejos Siglo XXI Mirrors: Stories of Almost Everyone 2009, 2008La resurrección del PapagayoLibros del Zorro Rojo2011Los hijos de los días Siglo XXI Children of the Days: A Calendar of Human History 2015 Mujeres - antología Siglo XXI 2016El cazador de historiasSiglo XXIHunter of Stories 2017, 2017Cerrado por fútbol Siglo XXI
İstinadlar
Kateqoriya:Uruqvay yazıçıları Kateqoriya:Amerika kitab mükafatı laureatları Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Uruqvay jurnalistləri