Lopes burnu () — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir.
Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur. 1862-ci ildə fransa ilə yerli qəbilələr arasında imzalanmış anlaşmaya görə burun ərazisi Fransanın hüquqi mülkiyyətinə çevrilmişdir. Hazırda burun Qabonun Oqave-Maritim vilayətinə daxildir. Burada neft terminalı yerləşir ki, oradan da Qabon neftinin böyük hissəsi ixrac edilir. İstinadlar
Kateqoriya:Atlantik okean burunları Kateqoriya:Afrika burunları Kateqoriya:Afrika yarımadaları