"Qazaxfilm" (tam adı: Şaken Aymanov adına "Qazaxfilm" kinostudiyası; , ) — Qazaxıstanın Almatı şəhərində yerləşən kinostudiya. «Qazaxfilm» kinostudiyası Qazaxıstandakı ən böyük kinostudiyadır. "Qazaxfilm"in hal-hazırkı əsas fəaliyyətinə ssenarilərin və layihələrin hazırlanması, filmlərin istehsalı və post-prodakşn prosesi aiddir. Qazaxıstan 1991-ci ildə müstəqillik qazandıqdan sonra kinostudiyanın büdcəsi beş qat azalmışdır.
Tarix
1934-cü ildə indiki kinostudiyanın yerində Alma-Ata kinoxronika studiyası açılmışdır. 1936-cı ildə bu studiya sənədli filmlər çəkməyə başladı. 1938-ci ildə «Lenfilm» kinostudiyasının dəstəyi ilə Qazaxıstanın ilk bədii filmi Amangəldi çəkilmişdir. Qazaxıstan SSR Xalq Komissarları Şurasının 12 sentyabr 1941-ci ildə tarixli və 762 nömrəli qərarı əsasında Alma-Ata kinostudiyası yaradılmışdır. 15 noyabr 1941-ci ildə Alma-Ata kinostudiyası «Mosfilm» və «Lenfilm» kinostudiyaları ilə Mərkəzi Birləşmiş bədii film kinostudiyası MBBFK (, ЧОКСФ) adı altında birləşmişdir. 25 yanvar 1944-cü ildə kinostudiyanın adı Alma-Ata bədii və xroniki film kinostudiyası olaraq dəyişdirilmişdir. 9 yanvar 1960-cı ildə Qazaxıstan SSR Mədəniyyət Nazirliyinin qərarı ilə Alma-Ata bədii və xroniki film kinostudiyasının adı «Qazaxfilm» olaraq dəyişdirilmişdir. Bundan üç il sonra, 9 yanvar 1963-cü ildə Qazaxıstan Kinematoqrafçılar İttifaqının Birinci Qanunverici Qurultayı keçirilmiş, Şaken Aymanov birinci katib seçilmişdir. Həmin ilin 28 mayında Qazaxıstan SSR Nazirlər Sovetinin kinematoqrafiya üzrə Dövlət Komitəsi – Qazaxıstan SSR Qoskinosu (1963–1988) yaradılmışdır. 1967-ci ildə Qazaxıstanda cizgi filmləri istehsalına start verilmişdir. Ölkədə istehsal olunan ilk cizgi film – Qaranquşun niyə kiçik buynuzlu quyruğu var Amin Heydərov tərəfindən çəkilmişdir. 1968-ci ilə qədər kinostudiya Mədəniyyət Sarayının binasında (Boqenbay Batır küçəsi, 134) yerləşirdi.Hal-hazırda orada Jambıl adına Qazaxıstan Dövlət Filarmoniyasının binası yerləşir. Həmin il kinostudiyanın binası şəhərin cənubunda, 19 hektarlıq bir ərazidə yerləşən kompleksə (Əl-Fərabi prospekti, 176) köçmüşdür. Kinostudiya 1984-cü ildən bəri Qazaxıstan kinosunun atası hesab edilən Şaken Kenjetayeviç Aymanovun adını daşıyır. 1985-ci ildə Respublika Yaradıcılıq-İstehsalat Assosiasiyası (, РТПО) yaradılmışdır. 20 avqust 1996-cı ildə Şaken Aymanov adına «Qazaxfilm» kinostudiyası «Qazaxfilm» kinostudiyasına (material və texniki baza) və Qazaxıstan Respublikası Milli Yaradıcılıq Mərkəzinə (yaradıcı prosesin təşkil edilməsi, azad peşəkar studiyalarla əməkdaşlıq) bölünərək yenidən strukturlaşmışdır. 28 mart 2000-ci ildə «Qazaxfilm» kinostudiyası, QR Milli Yaradıcılıq Mərkəzi, Kazkinoprokat və Qosfilmofond dövlət şirkətlərinə çevrildi. Baş direktor Bakkoc Qasımcanov təyin edilmişdir. 2005-ci ildə kinostudiya səhmdar cəmiyyətə çevrilmişdir. 24 noyabr 2009-cu ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev kinostudiyanı ziyarət etmişdir. 2010-cu ilin yanvar ayında kinostudiyada kino istehsalı üçün verilən maksimum müddət 6 ildən 2 ilə endirilmişdir.
Sahiblik və dəyər 2014-cü ilin may ayında kinostudiyanın səhmlərinin hamısı Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinə aid idi, amma 2014–2015-ci illərdə baş verən geniş özəlləşdirmə layihəsinin bir nəticəsi olaraq, səhmlərin 49%-i özəl qurumlara satılacaq. «Qazaxfilm» kinostudiyasının ümumi dəyəri 3,398,529,000 tengədir (18,370,427 ABŞ dolları). Kinostudiyanın səhmlərinin 49%-nin dəyəri təxminən 1,665,279,210 tengədir (9,001,509 ABŞ dolları).
Rəhbərlik 1953–1970 — Şaken Aymanov 1970–1978 — Azərbaycan Məmbətov 1978–1992 — Ədrak Əmirquliyev 1992–2002 — Sergey Əzimov 2002–2006 — Sergey Əzimov 2006–2007 — Anar Qaşaqanova 2007–2008 — Ərmək Amanşeyev 2008–2015 — Bəxt Qayırbəyov 2015– — Yermək Amanşayev
Filmlər
Həmçinin bax Azərbaycanfilm Mosfilm
Qeydlər
İstinadlar
Xarici keçidlər
«Qazaxfilm» Internet Movie Database saytında
Kateqoriya:1934-cü ildə yarananlar Kateqoriya:1940-cı ildə yarananlar
Kateqoriya:Qazaxıstan film şirkətləri Kateqoriya:Qazaxıstan film studiyaları Kateqoriya:Qazaxıstan animasiya studiyaları Kateqoriya:Almatı Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:SSRİ film şirkətləri Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilən təşkilatlar