Pirqulu dövlət təbiət qoruğu — Böyük Qafqaz dağları döşünün Cənubi – Şərq hissəsində yerləşir. 1968-ci il dekabrın 25-də Ağsu və Şamaxı rayonlarının dağ – meşəlik sahəsində yaradılmışdır. Ümumi sahəsi 1,52 min ha-dır, o cümlədən meşəlik sahəsi 1,43 min ha. Qoruğun ərazisində 60-dan çox ağac növü bitir. Gözəl mənzərəsi ilə fərqlənir Hazırda burada AzərbaycanınAstrofizika Rəsədxanası fəaliyyət göstərir.1970-ci ildən qoruğun ərazisində AMEA-akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun stasionar müşahidə laboratoriyası kompleks müşahidələri davam etdirir.Məzahir Təhməzov. Ensiklopedik məlumatlar. Toponimlər, fotoşəkillər, xəritələr Qoruğun sahəsi dağ dərələri və dərin vadilər hesabına 3 tərkib hissəyə bölünmüşdür. Torpaqları qonur dağ – meşə, palıdı dağ – meşə və çürüntülü, karbonatlı dağ meşə hissələrdən ibarətdir.
İqlimi qışda soyuq, başqa vaxtlar mülayim istidir. Meşə massivini əsasən vələs meşəsi (57 %), çoxsaylı palıdlar (24 %), fıstıq (18 %-ə yaxın) təşkil edirlər. Bu meşələrdə hətta söyüd, qaracöhrə, ağcaqayın, göyrüş ağaclarına da rast olunur. Bu yerlərdə başdan – başa ot örtüyü yoxdur. Əsasən cürbəcür kolluqlardan ibarətdir. Qoruğun florasında 45 növə yaxın çox nadir və yox olmaqda olan bitkilər mövcuddur. Əlverişli, münasib iqlim və bitkilər aləminin müxtəlifliyi sayəsində burada vəhşi heyvanlar üçün gözəl şərait yaranmışdır. Qoruqda 30 növ məməlilər, 9 növ sürünənlər, 6 növ amfibiya, 64 növ quşlar mövcuddur. Palıd və fısdıq meşələrində qaban, vaşaq, qurd, çaqqal,tülkü, cüyür və başqa heyvanlar da yaşayır. Quşlardan: qırqovul, zığ – zığ quşu, qara tetra və başqaları mövcuddurlar. Axır vaxtlar qoruq sahəsinin torpaqlarının aşılanması azalmışdır və bunun sayəsində vəhşi heyvanların və quşların sayı artır. Bir neçə növ bitkilər (qaracöhrə), heyvanlar (qonur ayı, vaşaq, köpkər) quşlar (tetra) Qırmızı kitaba salınmışdır.
Həmçinin bax Azərbaycan dövlət təbiət qoruqları İstinadlar
Mənbə QORUQLAR (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası) Qoruqlar Xarici keçidlər
Mühafizə olunan ərazilərin statusu, yerləşməsi və əhatə edilməsi
Kateqoriya:Azərbaycan qoruqları Kateqoriya:1968-ci ildə yaradılmış qoruq əraziləri