Durrat əl Bəhreyn ( — «Bəhreyn mirvarisi»1300 Migrant Workers Strike in Bahrain over Pay ) — Hind okeanına aid Fars körfəzində yerləşən süni olaraq hazırlanmış arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxildir. Ölkənin Northern City və Diyar əl Muharrak arxipelaqlarından sonra ən böyük üçüncü süni arxipelaqıdır. Adalar paytaxt Manamadan 40.5 km cənubda yerləşir

Coğrafiya və təsvir Durrat əl Bəhreyn ölkənin cənub-şərqində yerləşir. «Böyük torpağa» iki avtomonil körpüsü vastəsi ilə birləşir. Körpülər bir dairə xətti ilə keçir. Bütün adalar və onların ətraf akvatoriyaları bir ellips formasınma malikdir. Uzunluqları 4,5 və 3,5 km-dir. Adaların ümumi sahəsi 5 km² yaxındır. Onlar arasındakı akvatoriya sahələri isə 20 km²-dirProperty Developments: Bahrain: Durrat Al Bahrain . 2010-cu il məlumatına görə adalarda 1000 nəfər insan yaşayırdı. Arxipelaqın sahibi Durrat Khaleej Al Bahrain CompanyTop 10 Bahrain mega-projects — 2. Durrat Al Bahrain adlı şirkətdir.

Arxipelaq ümumilikdə 15 adadan ibarətdirBahrain strike called off, wages raised : Atoll 1 (2010-cu il məlumatımna görə adada 870 nəfər yaşayır. Bu isə ümumi arxipelaq əhalisinin 87 % təşkil edir), Atoll 2, Atoll 3, Atoll 4, Atoll 5, Atoll 6, Ləçək 1, Ləçək 2, Ləçək 3, Ləçək 4, Ləçək 5, Aypara, Mehmanxana, Qolf meydançası və Quş adasıAxipelaqın xəritəsi . Adalarda yaşayış binalarından savayı beş ulduzlu mehmanxanmalar, qolf meyfdançaları, 0,7 km² sahəyə malik yaxta dayanacağı, 13 körpü, o cümlədən 6 avtomobil körpüsü vardır. Müvafiq olaraq Atoll adlı adalara aypara şəklində şimaldan cənuba doğru düzülmüşdür. Ən şimalda Atol 1 adası yerləşir. Ardıcıllıqla sıralanaraq Atol 6 adası ən sonda yerləşir. Eyni ilə Ləçək adaları da bu sıralama ilə düzülür. Mehmanxana adası isə arxipelaqın ən qərbinmdə yerləşənidir. Arxipelaqın ən kiçik adası isə Quş adasıdır.

Tarixi Layihə 2002-ci ildə təstiqlənmişdir. Anmcaq tikinti işlərinə iki il sonra başlanmışdır. 2008-ci ilin fevralında tikinti işləri dayandırılmışdır. Buna səbəb 1300 nəfərdən ibarət olan işçi miqrantların (əsasən hindlilər1900 Indian workers continue strike in Bahrain ) kütləvi tətil elan etməsi olmuşdur. Onlar daha yüksək maaşlar və daha yaxşı yaşayış şərtləri tələb edirdilərBahrain moves to settle «illegal» strike . Tətil altı gün davam etmişdir. Bundan sonra işçilərin maaşı 27 % qaldırılmışdır. Bir müddət sonra tikinti işləri bitmiş layihə tam istifadəyə verilmişdir. Tikintinin maliyyə dəyəsi 7 milyard dollar olmuşdur. Halbuki onun 1.2 milyard dollara başa gələcəyi planlaşdırılırdı. Təkcə 2008-ci ilin fevralına kimi 6 milyard dollar xərclənmişdirStrike hits work at Durrat Al Bahrain ).

İstinadlar

Mənbə Rəsmi sayt

Kateqoriya:Bəhreyn adaları Kateqoriya:Süni adalar Kateqoriya:Fars körfəzi adaları