Kalidu Sidibe (28 yanvar 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu.

Klub karyerası

Tuluza Sidibe Paris şəhərinin müxtəlif klublarında çıxış etdikdən sonra 2017-ci ildə Tuluza klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Sidibe peşəkar karyerasında debütünü 31 oktyabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Fransa Kuboku görüşündə Tuluza rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. O, Liqa 1-də debütünü isə 3 noyabr 2018-ci ildə Strasburq klubuna qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə Con Bostok ilə əvəz olunmuşdur. Liqa görüşündə Tuluza rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.

Milli karyerası Sidibe Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır.

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolTuluza2018–19Liqa 1501000000060Ümumi karyera501000000060

İstinadlar

Xarici keçidlər

TFC Profile

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Tuluza FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları