Dəuren Əskerbek oğlu Abayev (; d. 18 aprel 1979, Almatı, Qazaxıstan SSR, SSRİ) — Qazax diplomat, bürokrat və siyasətçi. Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri (2016–2019)caspianinnovation.az , Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri (2019–2022) və mədəniyyət və idman naziri (2022–2023).
Həyatı Dauren Abayev 18 aprel 1979-cu ildə Qazaxıstan SSR-in Almatı şəhərində doğulmuşdur.
Dauren Abayev Əl-Fərabi adına Qazax Dövlət Milli Universitetində baklavr, Niderland Krallığının Leyden Universitetində magistr təhsili almışdır.
2001–2003-cü illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdir.
2003–2007-ci illərdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı və Hollandiya Krallığındakı Səfirliklərində diplomatik xidmətdə çalışmışdır.
Dauren Abayev 2013-cü ildə Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi təyin edilmişdir.
O, 2016-cı ildə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri vəzifəsinə təyin olunmuşdur.
İstinadlar
Kateqoriya:Almatıda doğulanlar Kateqoriya:Qazaxıstan nazirləri Kateqoriya:Leyden Universitetinin məzunları