Mehmet Hulusi Conk (; ) — Türk əsgəri.

Hərbi fəaliyyəti 14 mart 1900-cü ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ilin 5 noyabrında kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdi. 3 yanvar 1923-cü ildə sağlamlığına görə təqaüdə çıxdı. O, 1941-ci il yanvarın 22-də İkinci Dünya müharibəsi zamanı yenidən hərbi xidmətə cəlb edildi və Manisa Hərbi Xidmətinin rəhbəri vəzifəsinə təyin edildi. 21 avqust 1943-cü ildə təqaüdə çıxdı. 10 yanvar 1950-ci ildə vəfat etdi. İzmirin Kozluca qəbiristanlığında torpağa verildi. Daha sonra isə nəşi 1988-ci il 31 avqust tarixində Türkiyə Dövlət məzarlığına köçürülmüşdür.

Medal və təltifləri "Osmaniyyə" ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) Məcidiyyə ordeni "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Həmçinin bax Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi

Mənbə T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 176.

Kateqoriya:İzmirdə vəfat edənlər Kateqoriya:1881-ci ildə doğulanlar Kateqoriya:1950-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyə çərkəzləri