Hindistan–Türkmənistan münasibətləri — Hindistan və Türkmənistan arasındakı ikitərəfli münasibətlər. Hindistan Türkmənistanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. İkitərəfli əlaqələr 20 aprel 1992-ci ildə.
Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür.
Tarixi Türkmənistan Prezidenti Saparmurat Niyazov 1992-ci ildə Hindistana ilk səfərini təşkil etmişdir. İkinci səfər isə 1997-ci ildə tə.şkil edilir.
Hindistan 30 yanvar 1994-cü ildə Aşqabadda səfirliyini açmışdır. Türekmənistan isə Nyu-Dehlidə səfirliyə sahibdir. Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Paraxat Xommad oğlu DurdıyevdirДипломатические представительства и консульские учреждения Туркменистана за рубежом. 1995-ci ildə Hindistanın baş naziri Pamulaparti Venkata Narasimha Rao Türkmənistanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı ikili əməkdaşlıqlarla bağlı çpoxlu sənəd imzalanmışdır.
24–26 may 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Hindistanda üç günlük rəsmi səfərdə olmuşdur.
İqtisadi əməkdaşlıq
TƏPH Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan birlikdə yeni bir qaz xətti üzərində işləyirlər. Qaz xəttinin çəkilişi 2017-ci ilin əvvəllərində bitməlidir. TƏPH qaz kəmərinin uzunluğu 1,735 olmalıdır. Əsasən Türkmənistanın şərq rayonlarındakı yataqlardan çıxarılan qaz nəql ediləcəkdir. 2018-ci ildə bu kəmərlə hər gün 90 mln m³ qaz nəql ediləcəkdir. Bunun 38 mln m³ Hindistana nəql ediləcəkdir. Qaz kəməri Türkmənistan qazını Əfqanıstan, Pakistandan keçməklə Hindistana çatıracaqdır. Layihənin illik güçü 33 mlrd m³ olaraq düşünülür. Layihənin dəyəri $7,9 mlrd dollar olaraq qiymətləndirilir. 30 olliyinə imzalanmış müqaviləni Türkmənistanın "Türkmənqaz", Hindistanın GAIL və Pakistanın Inter State Gas Systems şirkətləri imzalamışdır.
Mədəniyyət əlaqələri Hindistan və Türkmənistan qədim mədəni əlaqələrlə sahiblər. Türkmənistanda hind filmləri çox populyardır, hər həftə dövlət televiziyasında himnd filmləri göstərilir.
2000-ci ilin avqust və sentyabr aylarında Türkmənistanda hind mədəniyyət günləri və Hindistanda türkmən mədəniyyət günləri keçirilmişdir. Türkmənistandan olan 18 nəfərdən ibarət 2003-cü ilin sentyabrında Hindiostanı ziyarət etmişdir. Onlar Dehli, Çandiqarhe, Dehradune və Mussori şəhərlərində konsertlər vermişdir. "Bhangra" və "Giddha" 10 nəfərdən ibarət olan qrupları 2005-ci ilin avqustunda Aşqabadı ziyarət etmişdir. Cammu və Kəşmir ştatlarının 17 nəfərdən ibarət qrupu 21–28 oktyabr 2006-cı ildə Türklmənistan Respublikasının müstəqilliyinin 15 illiyi münasibəti Aşqabada dəvət olunmuşlar. Hər il Hindistan hökuməti mədəniyyət proqramı çərçivəsində 8 təqaüd təklif edir. Türkmənistanlı bir şagirdin Kendriya Universitetində hind dili öyrənmək üçün də bir yer təmin edir.
Mənbə Türkmənistanın Hindistandakı səfirliyi Hindistanın Türkmənistandakı səfirliyi
İstinadlar
Kateqoriya:Hindistanın ikitərəfli əlaqələri Kateqoriya:Türkmənistanın ikitərəfli əlaqələri