Osman Zati Korol () (d. 1880 İzmir, Osmanlı İmperiyası – ö. 21.09.1946, Ankara, Türkiyə) — Türk əsgəri.

Hərbi fəaliyyəti 1897-ci ildə hərbi məktəbə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində , Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 27 aprel 1921-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə təltif edildi.

29 iyul 1938-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 21 sentyabr 1946-cı ildə Ankarada vəfat etdi.

Medal və təltifləri "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 208.

Kateqoriya:1880-ci ildə doğulanlar Kateqoriya:1946-cı ildə vəfat edənlər Kateqoriya:İzmirdə doğulanlar Kateqoriya:Ankarada vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi