AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik lahiyələrinin işlənməsində tətbiq olunur.
Tarixi Proqramın köməyi ilə mühəndislikdə əl ilə yerinə yetirilən cizgi işləri avtomatlaşdırılmış və bununla layihələndirmə işləri sürətləndirilmişdir. Hər il Autocad-ın yeni, daha təkmilləşdirilmiş versiyası yaradılır. İndiyə qədər yaradılmış versiyaları: +Versiyanın adıVersiyaNoTarixÜstünlüklər Versiya 1.0 1.0 1 1982, dekabr Versiya 1.2 1.2 2 1983, aprel Versiya 1.3 1.0 3 1983, avqust Versiya 1.4 1.4 4 1983, oktyabr Versiya 2.0 2.0 5 1984, oktyabr Versiya 2.1 2.1 6 1985, may Versiya 2.5 2.5 7 1986, iyun Versiya 2.6 2.6 8 1987, aprelƏn son versiya riyaziyyat prosessoru olmadan işləyir. Buraxılış 99.0 9 1987, sentyabr Buraxılış 1010.0 10 1988, oktyabr Buraxılış 1111.0 11 1990, oktyabr Buraxılış 1212.0 12 1992, iyun Apple Macintosh üçün son buraxılış. Buraxılış 1313.0 13 1994, noyabr Unix, MS-DOS və Windows 3.11 üçün son buraxılış. Buraxılış 1414.0 14 1997, fevral AutoCAD 2000 15.0 15 1999, mart AutoCAD 2000i 15.1 16 2000, iyul AutoCAD 2002 15.6 17 2001, iyun AutoCAD 2004 16.0 18 2003, martDWG 2004 fayl formatı tanıdıldı. AutoCAD 2005 16.1 19 2004, mart AutoCAD 2006 16.2 20 2005, mart AutoCAD 2007 17.0 21 2006, martDWG 2007 fayl formatı tanıdıldı. AutoCAD 2008 17.1 22 2007, martXP və Vista-nın x86–64 Windows versiyası üçün ilk buraxılış mövcuddur. AutoCAD 2009 17.2 23 2008, mart AutoCAD 2010 18.0 24 2009, martDWG 2010 fayl formatı tanıdıldı. AutoCAD 2011 18.1 25 2010, martAutoCAD 201218.2262011, martAutoCAD 201319.0272012, martDWG 2013 fayl formatı tanıdıldı.AutoCAD 201419.1282013, martAutoCAD 201520.0292014, martAutoCAD 201620.1302015, martAutoCAD 201721.0312016, martAutoCAD 201822.0322017, martDWG 2018 fayl formatı tanıdıldı.AutoCAD 201923.0332018, martAutoCAD 202023.1342019, martAutoCAD 202124.0352020, martAutoCAD 202224.1362021, martAutoCAD 202324.2372022, martAutoCAD 202424.3382023, mart
İmkanları Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir.
AutoCAD-ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə uyğunlaşdıra bilər.
AutoLİSP proqramlaşdırma dilində notepad-də proqramı yazıb qurtardıqdan sonra onu .lsp faylı kimi yaddaşa vermək lazımdır. Əks halda AutoCAD bu faylı tanımayacaq və proqram yüklənməyəcək. AutoLİSP proqramlaşdırma dilində bütün əmrlər mötərizələr ilə əhatə edilir. Açılan və bağlanan mötərizələrin sayı mütləq bərabər olmalıdır, əks halda proqram işləməyəcək. Mötərizədən kənarda yazılan yalnız və yalnız şərh ola bilər. Şərhi nöqtəli vergül işarəsindən sonra yazmaq lazımdır.
Proqramı işə salmaq üçün Autocad proqramı açılır, Tools menyusundan Load Application seçilir. Buradan yaddaşa verdiyimiz .lsp faylı seçilir və Load əmri verilir.
Visual LISP Autolisp-in AutoCAD-dakı ekran formasıdır. Qısaca olaraq LİSP generatoru AutoCAD-ın daxilində qüvvədə olur və menyu interfeysini təmin edir. Bütün göstəricilər AutoCAD sistemindən açılan Visual LİSP Editor proqramından AutoLİSP proqramına ötürülür. Visual LİSP-in başlıca xüsusiyyətləri aşağıdakılardır: Bu dildə bütün ifadələr yumru mötərizələr arasında yazılır. Operator açılmış sol mötərizədən sonra yalnız bircə dəfə istifadə olunur, dəyişənlər və konstantalar ondan sonra yazılır. İfadəni dəfələrlə mötərizə daxilinə yerləşdirməyə icazə verir.
AutoCAD-ın komandalarına müraciət etmək üçün command operatorundan istifadə olunur. Command operatoru açılan mötərizədən sonra yazılır. Daha sonra tələb olunan komandanın adı dırnaq işarəsi arasında yazılmalıdır və sonra komandanın parametrləri göstərilir.
Xarici keçidlər Autocad--Dil en
Həmçinin bax Autodesk Miqyas (xəritə) Yer ölçmə işləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Mühəndislik Kateqoriya:Layihələndirmə proqramları Kateqoriya:Autodesk Kateqoriya:Android proqramları Kateqoriya:MacOS proqram təminatı