Möhsün ibn Əli və ya Muhsin ibn Əli (; ) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi.
Arxa plan
Vəfat edib gedin yazın qaqaşlar birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi.
Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə, Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Hücum
Səqifə yığıncağından sonra Ömər və onun tərəfdarları Fatimənin evinə getdilər. Əli, onun ailəsi (Fatimə də daxil olmaqla) və bəzi tərəfdarları evdə idi.Ömər Fatimənin evinin qapısına tərəf gedərək dedi: Allah yolunda (Əbu Bəkirə) çölə çıxıb beyət etməsən, səni (evini) yandıracağam. Əlinin evində olan Zübeyr ibn əl-Əvam qılıncını çəkərək evdən çıxdı və xəbərdarlıq etdi, sonra Ömərin tərəfdarları ona hücum etdi.
Fatimənin evinin qapısının önündə olan Ömər Fatiməyə dedi: Bilin ki, Allahın Peyğəmbəri səndən daha çox birini sevməyib, amma bu qərarımı yerinə yetirməyimə mane olmayacaqdır.Əgər bunlar sənin evində qalırsa, önündə olan qapını yandıracağam.Digər bir rəvayətə görə, Ömər yandırmaq üçün odun hazırladı və sonra evin içərisində olanlara belə dedi: Canım əlində olan Allaha and içirəm, çıxmazsan evini yandıracağam . Ömərə Fatimənin evin içərisində olduğu barədə məlumat verildi, o da cavab verdi: Nə olsun ki! Evdə olan mənim üçün əhəmiyyətli deyil.
Fatimə Ömərin və onun tərəfdarlarını evə hücum etməklə hədələyən səslərini eşitdikdə: Ey ata, ey Allahın Rəsulu, Ömər ibn əl-Xəttab və Əbu Bəkr İbn-i Əbi Quhafah səndən sonra bizə necə davranırlar və bizi necə qarşılayırlar?
Evə sonra hücum edildi. Ömər və onun tərəfdarları evin qapısını yandırdılar; Fatimənı evin qapısı və divarı arasında əzərək bətnindəki Möhsini öldürdülər və Əlini öz iradəsinə qarşı evdən zorla çıxartdılar. Bəzi rəvayətlərə görə Əlinin boynuna ip bağlandı.
Məşhur tarixçi Əbul Həsən Əli ibn əl-Hüseyn əl-Məsudi İsbaat əl-Vəsiyyə adlı kitabında yazır:
Onlar Əlinin ətrafını muhasirəyə aldılar və evinin qapısını yandırdılar və onun iradəsinə əks olaraq zorla çıxardılar və qadınların rəhbərini (Xanım Fatiməni qapı və divar arasında sıxaraq Möhsini (bətnində daşıdığı 6 aylıq körpə) öldürdülər.
Sünni tarixçisi Səlahəddin Xəlil əl-Səfadi Vaafi əl-Vafiyyaat kitabında yazırdı: "Ömər Fatimə qarnının üstündən elə vurdu ki, uşaq bətnində öldü."
Ömər və tərəfdarları Əlini sürükləyərək uzaqlaşdırdılar. Fatimə onları dayandırmağa çağırdı və dedi: "Əlini belə zalımlıq və ədalətsizliklə sürüklənməsinə icazə verməyəcəyəm." Ey ümmət, vay halınıza! Allah və Onun Peyğəmbərinə olan haqlarımızı necə tez qəsb etdiniz." Ömər Qunfuza Fatiməni qamçılamağa əmr etdi. Bəzi rəvayətlərə görə Qunfuz Fatimənin kürəyini və qollarını qamçıladı; digərinə görə isə sifətindən vurdu; başqa birinə görə o qədər sərt vurdu ki, qabırğalarını parçaladı. Bir başqa mənbəyə görə Xalid bin Vəlid qılıncla Fatiməni vurdu; başqa bir mənbədə də bildirilir ki, Muğeyrə İbnə Şöbə onu qılıncla vurdu.
İstinadlar
Əlavə oxu After the Prophet: The Epic Story of the Shia-Sunni Split in Islam, By Lesley Hazleton Mohsin b. Ali — A Victim of Terrorism
Xarici keçidlər
Kateqoriya:Öldürülmüş uşaqlar Kateqoriya:Müsəlman şəhidlər Kateqoriya:Əlinin övladları Kateqoriya:VII əsr ərəbləri