() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Ümumi Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.
Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur. Erkək çiçəklərində erkəkcikləri 8-dən 12-ə qədər, 2-3 dairə üzrə düzülmüşdür. Erkəkciklərin saplağı çılpaq, 8 xarici erkəkciyin hər biri 2 ədəd vəziyə malikdir. Dişi çiçəklərdə 4 ədəd erkəkcik rüşeym halında olub, iki çiçək yanlığının bölümləri ilə növbələşir. Yumurtalığı biryuvalıdır. Meyvəsi ellips və ya yumurtavari, qara rəngli və bir toxumlu çəyirdəkdir.
Sentyabr ayında yetişir. Qələm və kök pöhrələri ilə çoxaldılır. Dəfnə quraqlığadavamlı, işıqsevəndir, yarımkölgəli yerlərdə də bitir.
Abşeron, Lənkəran, Zaqatala, Şəmkir, Füzuli və b. rayonlarda, Gəncə şəhərində parklarda təsadüf edilir.
Yarpaqlarında 3,1% efir yağı, 13,8% pentoza şəkəri, 0,8-1,2% pektin və aşılayıcı maddələr vardır.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:Qidalar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri Kateqoriya:Afrika ağacları