thumb|Trotskizmin nəzəriyyəçisi Lev Trotski (1879–1940)|150px Trotskizm və ya trotskiçilik — 1920–1930-cu illərdə əsası Lev Trotski və digər Sol müxalifət liderləri tərəfindən qoyulmuş, marksizmin inkişafı ilə bağlı fikirləri təmsil edən nəzəriyyə və həmçinin Beynəlxalq sol müxalifət və Dördüncü internasional nümayəndələri. Özlərini həmçinin bolşeviklər, leninçilər və inqilabçı marksistlər adlandırırlar. Lev Trotskinin ölümündən sonra trotskizmin görkəmli nümayəndələri arasında Erbest Mandel, Ted Qrant və Toni Kliff fərqlənir.
Ümumi anlayış Trotskizmin populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə apardıqları sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu hadisə onların doğruluğunu tamamilə sübut edir, sovet sosializmi həyat qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu məsələdə trotskiçilər liberallarla – burjuaziya ideoloqları və işçi sinfinin açıq düşmənləri ilə tamamilə həmfikir idilər, axı bu kommunizm hərəkatı tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq şəkildə nümayiş etdirirlər.
Sovet sosializminin məhvindən öz xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı – yeganə düzgün inqilab nəzəriyyəsinə — marksizm-leninizmə inam çox sarsıldı, kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin "inqilabiliyinə" inanaraq onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz xidmət göstərdiklərini yaxşı başa düşürdü.
Trotskist hərəkatlar dünyada burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə (internasionallarla) təmsil olunurlar. Onlardan ən böyüyü 4 birlikdir, onlardan ilk üçü "Avropa antikapitalist solu" təşkilatında birlikdə iştirak edir:
Birləşmiş Dördüncü İnternasional — ən böyük seksiyaları Fransada (Yeni Antikapitalist partiyası), İsveçdə (Sosialist partiyası), İtaliyada ("Kritik sol" Assosiasiyası), Danimarkada (Qırmızı-yaşıl koalisiya), Portuqaliyada (Sol blok), Şri-Lankada (Yeni ictimai bərabərlik partiyası), Filippində (Mindanao inqilabi işçi partiyası) və Braziliyada ("Sosializm və azadlıq") yerləşir. Liderləri – Alen Krivin, Olivye Bezansno, Erik Tussen, Alan Tornett, Fransişku Lousa və digərlər.
Beynəlxalq sosializm tendensiyası – Sovet İttifaqının təbiəti haqda Toni Kliffin baxışlarına tərəfdar olan beynəlxalq birlik. Ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist işçi partiyası), Yunanıstanda (Sosialist işçi partiyası) və İrlandiyada (Sosialist işçi partiyası) yerləşir. Liderləri – Aleks Kallinikos, Kris Xarman və digərləri.
İşçi internasionalı komiteti — ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist partiyası), İrlandiyada (Sosialist partiyası) və Almaniyada ("Sosialist alternativ" təşkilatı). Liderləri — Ted Qrant (1991-ci ilə kimi), Piter Taaf.
Beynəlxalq marksist tendensiya (BMT) – Pakistanda Pakistan xalq partiyasında böyük seksiyaya malikdir. Onlar BMT seksiyalarının fəaliyyət göstərdiyi bütün ölkələrdə neytallaşdırmaq, dağıtmaq və ya "trotskizm" mövqeyinə keçirmək məqsədilə sol kütlələrə və proqressiv partiyalara soxulmaq taktikasını istifadə edirlər. Liderləri – Ted Qrant, Alan Vuds.
Trotskistlər işçi və kommunist təşkilatlarının provokasiyası və məhvi metodlarını yaxşı mənimsəyərək bu təşkilatlara daxil olub və orada möhkəmlənib inqilabi qüvvələrə möhkəmlənmək və effektiv hərəkət etmək imkanı verməyərək istənilən inqilabi hərəkatı neytrallaşdırmağı bacararlar. Buna görə də, istənilən ölkədəki inqilabi hərəkat üçün "trotskizmi" tanımağı və onunla mübarizə aparmağı bacarmaq olduqca vacibdir.
Bu mübarizə opportyunizmin bu müxtəlifliyinin tarixi vətəni, həm də Sovet İttifaqının məhvində çox təqsiri olan trotskiçilərin fəaliyyətindən ən çox zərər çəkmiş müasir Rusiyada xüsusi məna kəsb edir.
Baxmayaraq ki, əvvəlki kimi, trotskiçilər işçi hərəkatına rəhbərlik etməyi bacarmırlar, çünki, işçilər öz sinfi duyğu qabiliyyətləri ilə intuitiv olaraq trotskizm ideologiyasının çürüklüyünü anlayırlar və ondan uzaq durmağa çalışırlar, amma trotskiçilər ciddi nəzəri marksist bazası olmayan xırda burjua düşüncəsi arasında asanlıqla tərəfdar tapırlar.
Trotskizm onlar üçün niyə bu qədər cəlbedicidir?
Birincisi, trotskiçilər özlərini həqiqi kommunistlər, bolşeviklər, internasionalistlər, marksist-leninçilər adlandırırlar. Onlar Trotskini Oktyabr inqilabının başçısı, Qızıl Ordunun yaradıcısı və rəhbəri, SSRİ-də sosializmin qurulması konsepsiyasının müəllifi, Marksın, Engelsin və Leninin həqiqi ardıcılı və guya opportyunizmin növlərindən biri olan stalinizmə qarşı mübariz sayırlar. Trotskiçilər Trotskini SSRİ-də bürokratizmə qarşı qatı mübariz, kapitalizmin, opportunizmin, revizionizmin, millətçiliyin və şovinizmin ən məntiqli və barışmaz düşməni kimi təqdim edirlər. Siyasi cəhətdən inkişaf etməmiş ictimai təbəqələr onun real mahiyyətinə dərindən varmayaraq bu atributu trotskizmin mahiyyətinin ifadəsi kimi qəbul edirlər.
İkincisi, trotskiçilər "sol" aktivistlərin və inqilabi hərəkatın iştirakçilarının böyük hissəsi üçün xarakterik olan inqilabi dözümsüzlük təzahürlərindən öz xeyirlərinə istifadə edirlər. Onlar özlərini xalq kütlələrinə kapitalizmin bütün ölkələrdə "dərhal" devriləcəyini söz verən daha "sol" radikal köklənmiş inqilabçılar kimi göstərirlər.
Üçüncüsü, trotskizm digər bir çox opportunist cərəyanlardan fərqli olaraq olduqca dərin və ziddiyyətli tarixə malikdir, hansı ki, bəzi nüanslarda hətta mütəxəssis-tarixçilər belə baş çıxarmır. Trotski, məsələn, həm çar despotizminə qarşı mübarizə aparan, həm də mütləqiyyətə və Rusiya imperiyasında inkişaf edən kapitalizmə uyğunlaşmaq yolları axtaran insan idi. O, Oktyabr inqilabının aktiv iştirakçısı idi və eyni zamanda da onun gedişini tormozlayırdı. Leninin başçılığı ilə Kommunist partiyasının rəhbər orqanına daxil idi və eyni zamanda da ona qarşı çıxırdı, partiyanın birliyini sarsıdırdı – fraksiyalar yaradırdı, gənc Sovet respublikasının həyatı ipdən asılı olan zaman daim partiya müzakirələrinə səbəb olurdu və s. Möhkəm əqidəli opportunistlərdən heç kim marksizm-leninizm mövqeyinə bu qədər yaxınlaşa bilməmişdi və heç kim trotskiçi manevrlərin leninçi ardıcıllarda cavab doğurmadığını gördükdə bu qədər qəzəblə onun əleyhinə çıxmamışdı. Bu ikili xüsusiyyət bu gün də kifayət qədərdir və müasir trotskizm platformasında rast gəlinir – gah kapitalizm çox sərt tənqid edilir və az sayda qalmış sosialist ölkələrinin və dünyada aktiv fəaliyyət göstərən inqilabi təşkilatların ünvanına təriflər yağdırılır, gah da kommunistlərin hərəkətlərində trotskiçilərin psevdo-inqilabi göstərişləri ilə uyğun gəlməyən bir şey olduqda onların ünvanına qəzəbli söyüşlər yağdırılır.
Dördüncüsü, trotskizm çoxdan dünya burjuaziyasının qanadı altındadır və o trotskizm ideyalarının və faktiki olaraq müasir antikommunizmin əsasını təşkil edən sovet tarixinin versiyalarının təbliğatına və yayılmasına böyük vəsaitlər xərcləyir. Bütün bunlar sol və inqilabi təşkilatlara və formanı məzmun kimi qəbul edən müxtəlif kateqoriyadan olan vətəndaşların düşüncəsinə trotskizm haqda yanlış təsəvvürlərin daxil olmasına səbəb olur.
Bolşeviklərin Oktyabr inqilabına qədər Trotski ilə mübarizəsi Oktyabr inqilabına qədər rus bə beynəlxalq işçi hərəkatında trotskizmin təsiri o qədər cüzi idi ki, B. İ. Lenin trotskizmi bir şəxsin – Trotskinin özünün və ya onun yaxın tərəfdaşlarının kiçik qrupunun ideologiyası sayırdı: "Rusiyada o – 0". Leninin qiymətləndirməsinə görə, Trotski inqilaba qədərki dövrdə "yalnız öz şəxsi şübhələrini, başqa heç nə"(3)ifadə edirdi. Onun bütün siyasi və nəzəri mövqeyi eklektik, təqlidçi idi. Onun heç vaxt heç bir üzü olmayıb və yoxdur, ancaq liberallardan marksistlərə və geriyə uçuşları, rəqib tərəfə keçmələri, ora-bura dartılmış sözcükləri və gurultulu laqqırtısı var.(4)
Trotski öz bioqrafik əsərlərində trotskizmin əsasına çevrilən "original" nəzəriyyələrin yaranma tarixini 1905–1907-ci illər kimi göstərir. Amma o həmin dövrə qədər də bolşevik partiyasına qarşı mübarizədə aktiv iştirak edirdi.
Marksistlərə qatılana qədər (XİX əsrin 90-cı illərində) Trotski liberal xalqçılığın təsiri altında idi, anarxistlərin bəzi fikirlərini qəbul edirdi, sonralar öz nəzəri baqajını Lassalın, Sorelin, Laqardelin və digər antimarksistlərin konsepsiyaları ilə doldurdu. Sosial-demokrat olduqdan sonra ekonomizmə və leqal marksizmə yaxın olan baxışları bölüşürdü. Mühacirətdə olarkən "İskra" ilə əməkdaşlıq edərək Akselrodun tələbəsi olmuşdu, menşevizmin digər gələcək liderləri ilə yaxınlıq edirdi. RSDIP –nin (Rusiya Sosial-Demokrat İşçi Partiyası) II qurultayında onlarla birlikdə Leninin və qatı iskraçıların əleyhinə çıxışlar edirdi, bolşeviklərlə mübarizə aparmaq üçün yaradılmış menşevik partiyasının mərkəz tərkibinə daxil idi. 1917-ci ilə kimi menşevik mövqeyində qalmışdı, baxmayaraq ki, tez-tez istisna məsələlərdə özünü fraksiyadan kənar sosial-demokrat kimi göstərərək menşeviklərdən uzaqlaşırdı.
Trotskizmin özəyi "permanent inqilab nəzəriyyəsi" oldu, hansını ki, Trotski özünün marksizmə əsas qiymətli hədiyyəsi sayırdı. Ona əsasən proletariatın diktaturası inqilabın demokratik mərhələsində də qurula bilər. O isə azlığın hakimiyyəti olacağı üçün, onu yalnız proletariatın artıq demokratik çevriliş mərhələsini keçmiş daha inkişaf etmiş ölkələrdəki qələbəsi möhkəmləndirə bilər. Ona görə inkişafca geridə qalmış ölkədə vaxtından əvvəl hakimiyyətə gəlmiş "işçi hökumətinin" hədəfi daha inkişaf etmiş ölkələrdə inqilabı "itələməkdən", həmçinin də onların daxili işlərinə hərbi müdaxilə etməklə, ibarətdir. "Rədd olsun sərhədlər", "Müharibə inqilabın anasıdır", "Proletariatın diktaturası — bu gün və bütün ölkələrdə" – trotskiçilərin bu və digər lovğa şüarları ondan ötrü istifadə olunublar və olunurlar ki, özlərini həqiqi sol, sosializm uğrunda mübarizə aparanların inqilabi cinahı kimi göstərsinlər, öz rəqiblərini isə burjuaziyanın köməkçiləri kimi təsvir etsinlər.
Trotski kapitala qarşı mübarizədə getdikcə daha yeni geniş təbəqələri cəlb etməklə inqilab məsələlərini mərhələli həll etmək vacibliyindən irəlin gələn Leninin inqilab nəzəriyyəsini işçi sinfin gözündə məhz bu yolla nüfuzdan salırdı. V. İ. Lenin dəfələrlə "permanent inqilab nəzəriyyəsini" sadəcə geniş xalq kütlələrinin işçi sinfin partiyasından uzaqlaşdırmağa bacarıqlı avanturist nəzəriyyə kimi tənqid edirdi. O bu nəzəriyyəni "məntiqsiz-sol" nəzəriyyə adlandırırdı, onun marksizmə münasibətini karikaturanın originala münasibəti kimi qəbul edirdi. Trotski isə Lenini proletariatın "özünüməhdudlaşdırma" nəzəriyyəsini inqilaba sırımağa cəhd etməkdə ittiham edirdi.
Bolşeviklər Oktyabra qədər menşevizmin növ müxtəlifliklərindən biri kimi çıxış edən trotskizmlə sərt ideoloji-siyasi mübarizə aparırdılar. Məhz bu mübarizə ilə əlaqədar olaraq V. İ. Lenin Trotskini ikiüzlü İuduşka (Şedrinin qəhrəmanı İuduşka Qolovlev-ə oxşar), öz təfriqəçi hərəkətlərini partiyanın birliyi haqda riyakar yalanları ilə gizlədən murdar intriqaçı kimi xarakterizə edirdi. Trotski "xüsusi gurultulu ifadələrlə gizlənərək menşeviklərin arxasınca sürünür", — V. İ. Lenin yazırdı. (5)