Dyula Qroşiç (; ) — Macarıstan milli futbol komandasında 86 dəfə oynayan və 1950-ci illərdə "Qızıl komanda"nın üzvü olan macarıstanlı qapıçı. Dünyanın ən yaxşı qapıçılarından biri hesab olunur. Qroçiş iştirak etdiyi futbol oyunlarında əsasən qara forma geyindiyi üçün "Qara panter" ləqəbini almışdı.

Erkən həyatı Dyula Qroşiç 4 fevral 1926-cı ildə Macarıstanın Doroq şəhərində anadan olmuşdur. Uşaq olarkən anası onun ruhani olmasını istəyirdi. Lakin Qroşiç 1943-cü ildə Doroq şəhərində ilk peşəkar futbol karyerasına başladı. İkinci Dünya müharibəsi dövründə o, Berlin-Roma-Tokio oxu ittifaqının tərkibində vuruşmuş və Amerika ordusu tərəfindən əsir götürülmüşdü.

Futbol karyerası left|thumb|100px|Qroşiç Macarıstan milli futbol komandasının tərkibində, 1953-cü il 1947-ci ildə Qroşiç Macarıstan milli futbol komandasının tərkibində debüt etdi. Ard-arda üç FİFA Dünya Kubokunda Macarıstanın formasını geyinmişdi. 1954 FİFA Dünya Kuboku, 1958 FİFA Dünya Kuboku və 1962 FİFA Dünya Kubokunda Macarıstan futbol komandasının tərkibində oynamışdı. 1954 FİFA Dünya Kuboku oyunlarında komandası ilə gümüş medal qazandı və All Star komandasının qapıçısı seçildi.

Fərdi futbol karyerası isə yalnız öz ölkəsinin klublarında davam etdi. 1962-ci ildə futbol oyunlarına son verdi.

Ümumilikdə Qroşiç milli komandanın tərkibində 86 oyunda iştirak etmişdi. Macarıstanın 390 oyununda oynamışdı. 2011-ci ildə Macarıstanın Tatabanya futbol stadionu onun şərəfinə adlandırıldı.

Sonrakı karyerası Futbol karyerasını bitirdikdən sonra Qroşiç məşqçi kimi fəaliyyət göstərməyə başladı. Karyerası ərzində Macarıstanın bir sıra futbol klublarının və Küveyt milli futbol komandasının tərkibində bir sıra vəzifələrdə xidmət göstərmişdir.Elhunyt Grosics Gyula (Obituary) - FC Tatabanya 1990-cı ildə Macarıstanda demokratiya elan edildikdən sonra Macarıstan Demokratik Forumunun tərkibində Macarıstan parlamentinə üzv olmaq üçün namizədliyini verdi və bu da uğursuzluqla nəticələndi.

Həmçinin bax Macarıstan milli futbol komandası

İstinadlar

Xarici keçidlər

Intl career stats - EU Football

Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:Macarıstanda doğulanlar Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Olimpiya qızıl medalına sahib Macarıstan idmançıları Kateqoriya:1952 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Macarıstan futbol məşqçiləri Kateqoriya:Macarıstan Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:Macarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Macarıstanın "Xidmətlərə görə" ordeninin komandorları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Futbol üzrə olimpiya çempionları