Fərhad Turanlı (, Azərbaycan) — tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, Ukrayna Təhsil və Elm Nazirliyi "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin Humanitar elmlər fakültəsinin Ümumi və Slav dilləri kafedrasının professoru.. Eyni zamanda 2011–2012-ci dərs ilində Ukrayna Təhsil və Elm Nazirliyi İvano Franko adına Liviv Milli Universitetinin professor Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019–2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir.

Həyatı Turanlı Fərhad Qardaşxan oğlu 1960-cı ildə Azərbaycanın Sabirabad diyarının Çiçəkli kəndində anadan olmuşdur, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977–1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979–1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində, o cümlədən Karpatya Polis akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1986-cı ildə ailə həyatı qurmuşdur (bir övladı və bir nəvəsi var). Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Ukraynanın Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakültəsini bitirib. 1993–1996-cı illərdə Ukraynanın Karpatya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kozak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tədqiqat işləri aparmaqla bərabər, 1994–1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs. elmləri üzrə xüsusi dərslər keçərək, elmi tədqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında uğurla davam etdirimişdir. 1997-ci ildə Tarix elmləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mıxaylo Qruşevskıy adına Qədim Əlyazmalar və Mənbəşünaslıq İnstitutunun xüsusi Elmi Şurasında dissertasiyasını müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib. 2017-ci il oktyabr ayının 12-də də "Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kozak dönəmi Ukrayna tarixi" mövzusunda tarix elmlər doktorluğu disertasiyasını Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kyiv Milli Universitetinin xüsusi Elmi Şurasında müdafiə edərək, tarix elmlər doktorluğu dərəcəsinə nail oub. 30 noyabr 2023-cü ildə “Kyiv-Mohılyanska Akademiysı” Milli Universitetinin Elmi Şurasının gizli səsvermə nəticəsində qəbul etdiyi qərarına əsasən professor elmi rütbəsinə layiq görüldü. Hazırda, "XVI-XIX yüzillərədə Türk Osmanlı İmperiyası, Ukrayna Kozak Dövləti, Kırım Xanlığı və Şərqi Avropa dövlətləri arsındaki münasibətlər" mövzusunda elmi tədqiqatını davam etdirir. Fərhad Turanlı 46 ildir ki, qürbətdə yaşayır.

Fəaliyyəti

Elmi fəaliyyəti

Elmi və pedaqoji fəaliyyəti Fərhad Turanlı (h) 1997–2000-ci illərdə Ukraynanın Vasil Stefanik adına Karpatya Milli Universitetində elmi-pedaqoji fəaliyyət göstərib. 2002–2006-cı illərdə Taras Şevçenko adına Kyiv Milli Universiteti Filologiya İnstitutunun Türkolgiya kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərərək, bilavasitə bu universitetdə Avropada ilk dəfə olaraq açılan "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə dərsəlri tədris edərək, eyni zamanda "Türk İnformasiya və Araşdırma Mərkəzi"ni təşkil edib. 2006–2007 illərdə Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna-Ərəb İnstitutunun Beynəlxalq əlaqələr kafedrasının dosenti vəzifəsində də çalışıb. 2007-ci ildən etibarən və hal-hazırda 1615-ci ildə təsis olunan, o cümlədən Amerika və Avropada tanınan Ukrayna "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinin Humanitar Elmlər fakültəsində, eyni zamanda 2019–2020-ci illərdə Ukrayna Milli Aviasya Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinində təşəbbüsü ilə qurulan şərqsünaslıq kafedrasının müdiri vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərib. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Ukrayna Lviv Milli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri vəzifəsində də fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. Ukraynada və xarici ölkələrdə nəşr olunan 200 artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir (bir sıra əsərləri burada qeydlidir: http://ekmair.ukma.edu.ua/discover). 33 ildir ki, elmi-pdagoji fəaliyyət göstərməkdədir.

Elmi rəhbər və məsləhətçiləri Prof. Dr. Volodımir Grabovetskıy, Prof. Dr. Omelyan Pritsak, Prof. Dr. Müzəffər Ürəkli, Prof. Dr. Hrıts Halımonenko, Prof. Dr. Yaroslav Daşkeviç, Prof. Dr. Yaroslav Kalakura

Siyasi fəaliyyəti Ukraynada siyasi fəaliyyətlə də məşğul olan Fərhad Turanlı 2006–2008 illərdə Ukrayna Ali Radasının millət vəkilləri Gennadi Udovenkonun, 2014-cü ildə isə Liliya Qırineviçin köməkci və məsləhətçisi olaraq da fəaliyyət göstərmişdir.

İctimai fəaliyyəti 1988-ci ildən başlayraq Ukraynada diaspora hərəkatının rəsmi qurucularından və iştirakçılarından biridir. Ukrayna Azərbaycanlılar Konqresinin təsisçilərindən biridir. 2005-ci ildə Kyiv şəhərində təsis etdiyi "Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının" rəhbəridir ; 2014-cü ildən Şevçenko Elmi Cəmiyyətinin üzvüdür; 2025-ci il avqust ayının 11-də Taras Şevçenko adına "Prosvito" (1868-ci ildə Ukrayna ziyalıları tərəfindən qurulub) Ümumukrayna, o cümlədən Beynəlxalq İctimai Təşkilatın Ali Şurasına üzv seçildi.

Mükafatları Fərhad Turanlı (h) bütün bu fəaliyyətlərinə görə "Ukraynada Şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə" (2002), "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinində şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə" (2008) mükafatlarla təltif olunub. Eyni zamanda 2010-cu ildə Ukrayna Dini və Milli münasibətlər Dövlət Komitəsinin, Ukrayna Milli Yazıçılar İttifaqının mükafatları ilə də təltif olunub. Qeyd edək ki, Fərhad Turanlı 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə də təltif edilib..

2016-cı ildə Səudiyyə Ərəbstan Kırallığının Kıralı Z. A. Salman İbn-Abdal-Əziz As-Saudun şəxsi dəvətinə əsasən Ka`bəyə Hac ziyarətinə gedib (Hicri: 1437-ci il 30 zilkadə — 15 zilhiccə aylarında / Miladi: 2016-cı ilin sentyabr ayının 2–17-də). 12 may 2018-ci ildə Ukrayna Azərbaycanlıları Birlşmiş Diasporasının "Azərbaycan Xalq Cümhuriyyəti-100" ordeni ilə təltif olnub. 02 iyun 2019-cu ildə Ukrayna Pravoslav Kilsəsinin Sülhsevər Mitropolit Volodımıri Ordeni. 30 dekabr 2019-cu ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Tenqri Ulduzu" ordeni ilə təltif edilib. 15 noyabr 2020-ci ildə "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinin və Mohılyanska Akademiyası Qardaşlığ Cəmiyyətinin (Mohılyanske Bratstvo) inkişafında xüsusi əməyinə görə" (2020) universitetin diplomu ilə təltif olunub. 30 dekabr 2020-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Şərəf" ordeni (UQTMŞ) ilə təltif edilib.

İstinadlar

Xarici keçidlər https://web.ukma.edu.ua/index.php/uk/component/contact/contact/turnaly?catid=64&Itemid=101 https://www.ukma.edu.ua/images/docs/cv/Turanly.pdf; http://ekmair.ukma.edu.ua/handle/123456789/12193/discover?rpp=10&etal=0&query=Turanly&group_by=none&page=1 https://www.facebook.com/ferhad.turanly http://eustudies.history.knu.ua/wp-content/uploads/2017/08/7_nomer_YEIS-21-8-17.pdf https://independent.academia.edu/FerhadTuranl%C4%B1 https://scholar.google.com.ua/citations?user=NN9AaYIAAAAJ&hl=uk https://twitter.com/Oguz_Ferhad https://president.az/search/Turanlı?utf8=✓ http://yeniazerbaycan.com/Axtarish_e6502_az.html http://yeniazerbaycan.com/SonXeber_e38754_az.html https://525.az/site/?name=xeberprint&kecid=1&news_id=102129 https://uk.wikipedia.org/wiki/Користувач:Фергад_Туранли Kateqoriya:Ukrayna professorları