() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Çindir. Təbii halda ABŞ-də, Əfqanıstanda, İranda, Orta Asiyada, cənubi Qafqazda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 6 m-ə çatan, qırmızımtıl zoğlara malik ağacdır. Yarpaqları yumurtavaridir, ayanın kənarları xırda mişar dişlidir, 6 sm uzunluqda saplağa malikdir. Çiçəkləri ağdır, aprel ayında çiçəkləyir. Meyvəsi çəyirdəkdir, meyvə yanlığının səthi çox kiçik tükcüklərlə örtülüdür, yumrudur, açıq-qırmızıdan bənövşəyiyə qədər müxtəlif rənglərdə olur, çəyirdəyi kələ-kötürdür, lətdən ayrılmır, iyulda yetişir. Bu növ adi əriyə nisbətən gec çiçəkləyir.

Ekologiyası İşıqsevən, quraqlığa, soyuğa və göbələk xəstəliklərinə davamlı, istisevəndir.

Azərbaycanda yayılması Naxçıvan MR-da, Ordubad rayonunda yayılmışdır. Azərbaycanda bu növün qırmızıyanaq, ağ növrəstə, sarı Naxçıvan, və s. yarımnövləri becərilir. Belə güman edilir ki, bu növ əriklə alçanın təbii hibrididir, ona görə bəzən qaysı gavalı da adlanır. Abşeronda həyatyanı sahələrdə rast gəlinir.

İstifadəsi Qida kimi istifadə olunur. Qış mövsümündə yaşıllaşdırılmada həmişəyaşıl bitkilər fonunda gözəl görünür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ərik