Kerri Rey Kinq (; ) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri.
Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" () nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" ()).
Həyatı Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Peşəsi Kinqin gitara ilə ilk tanışlığı onun uşaqlıq dövrlərinə təsadüf edir. Hələ yeniyetməlik yaşlarında ikən onun sevdiyi çoxlu qrupları var idi.
Şəxsi həyatı Kinq 2 dəfə ailə həyatı qurub və onun birinci evliliyindən bir qızı var. Hazırda Ayesha Kinq ilə evlidir.
İstinadlar
Kateqoriya:Slayer qrupunun üzvləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ musiqiçiləri