Dioksolan – halqada 2 oksigen atomu olan beş üzvlü heterosikllər sinfinə aid üzvi birləşmə. Oksigen atomlarının vəziyyətindən asılı olaraq 1,2– və 1,3– olmaqla bir-birindən fərqlənirlər. 1,3–dioksolanlar ən stabildir.

100px|left|thumb|1,2-dioksolan

120px|center|thumb|1,3-dioksolan

1,2-Dioksolan 1,2-dioksolan tsiklik peroksidlərə aid olub, qeyri stabildir. 1,2-dioksolan 350 C-ə qədər davamlıdır. Onun törəmələri isə qızdırıldıqda və şüalandıqda asan parçalanır.Химическая энциклопедия Т2. — М.: Сов. Энциклопедия, 1990. — С. 74. Onları aşağıdakı sxem üzrə alırlar : 350px|left

left

1,2-dioksolan prostaqlandinlərin endoperoksidlərinin biosintezində aralıq məhsuldur.

1,3-Dioksolan

Kimyəvi xassələri 1,3-dioksolan suda asan həll olur, yod ilə kompleks əmələ gətirir, bromla 2 — brometilformiat əmələ gətirməklə reaksiyaya girir. Xlorla reaksiyasında 2 — və 4 — vəziyyətinə malik olan qarışıq alınır.

Tətbiqi 1,3-dioksolanlara formaldehid və etilenqlikolun tsiklik asetalları kimi baxmaq olar, 1,3-dioksolanın 2-ci vəziyyətdə əvəzlənməsində isə onlara başqa aldehid və ketonların asetalları kimi baxmaq olar. Əsasların və neytral mühitin təsirinə qarşı davamlı olduğuna görə 1,3-dioksolanlar aldehid və ketonlarıДж. МакОми. Защитные группы в органической химии. — М.: Мир, 1976. — С. 305—307. və ya 1,2-diollarıW. Theilheimer. Synthetic Methods of Organic Chemistry. Interscience Publ. Inc., V 13, 1959, p. 34. mühafizə edir.

Piylər, yağlar və liflərdə ekstragent kimi istifadə olunur. Boyaq və sellüloz efirlərində aşağı temperaturda qaynayan həlledici kimi istifadə edilir. Reagentlərin məhlulunu orto efirlərin iştirakında qarışdırdıqda bu qarışıqdan suuducu vasitə kimi istifadə edilir.TETRAHEDRON, 1983, 39, N 6, 991—997.

Sintez üsulları 1,3-dioksolanı fosfat turşusunun iştirakı ilə formalin və etilenqlikolu qaynatmaqla alırlar . SnCl4 iştirakı ilə etilenoksidin ketonlar və ya aldehidlərlə reaksiyası aşağıdakı sxem üzrə gedir : Fayl:1,3-dioxalane synthesis 3.png

İstinadlar

Kateqoriya:Oksigen heterosiklləri