thumb|alt=1868–1876-cı illər ABŞ xəritəsi|1868-ci ildən 1876-dək ABŞ, o cümlədən doqquz mütəşəkkil və iki qeyri-mütəşəkkil ərazi daxil olamaqla
ABŞ-nın əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər. Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşəkkil" bir hökumətin varlığına görə təsnif edilir.
Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir. Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerli əhalisi (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir ərazidən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.
Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi, nəticədə ştatlığa çevriliblər. Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi, müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr olublar.
ABŞ-nin bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərb və Cənub-qərb əraziləri ilk, Alyaska və Havay Əraziləri isə sonuncu olmuşlar. Bu ərazilərdən 31-i müraciət etmiş və ştat olaraq qəbul edilmişdi. Ərazilərin ştatlığa çevrilməsi və təşviqi prosesində kifayət qədər inkişaf və əhali sıxlığı olmayan bir ərazidəki bəzi bölgələr Konqresin ştatlıq üçün müraciət etməsi barədə səsvermədən sonra müvəqqəti olaraq daha böyük bir ərazinin himayəsinə verildilər. Məsələn, Missuri Ərazisinin bir hissəsinin Missuri ştatına çevrildikdə, Ayova, Nebraska, Cənubi Dakota və Şimali Dakota ştatlarının bütünü, Kanzas, Vayominq və Montananın əksəriyyəti, Kolorado və Minnesotanın hissələri daxil olmaqla ərazinin qalan hissəsi faktiki olaraq qeyri-mütəşəkkil əraziyə çevrildi.
ABŞ əraziləri ABŞ-nin materik hissəsindən və Havaydan aşağı infrastruktur və telekommunikasiya səviyyəsinə malikdirlər, məsələn, Amerika Samoasında internet sürəti bir çox Şərqi Avropa ölkəsindən daha yavaş olduğu müəyyən edilib. Ərazilərdə yoxsulluq səviyyəsi ştatlara nisbətən daha yüksəkdir.
Mövcud ərazilər və onların hüquqi statusu
Ərazilər həmişə ABŞ-nin bir hissəsi olmuşdur. Federal qanuna əsasən, "Birləşmiş Ştatlar" termini coğrafi mənada istifadə edildikdə, "kontinental ABŞ, Alyaska, Havay, Puerto-Riko, Quam və ABŞ Vircin adaları" mənasını verir. 1986-cı ildə Şimali Marian adaları ilə siyasi ittifaqından bəri, onlar da ABŞ-nin bir hissəsi kimi qəbul edilir. 2007-ci ildə qəbul edilmiş icra əmri Amerika Samoasını Federal Registr sənədlərində əks olunmuş ABŞ-nin "coğrafi sahəsinə" daxil edir.
Daimi məskunlaşmış ərazilər ABŞ daimi məskunlaşmış beş əraziyə malikdir : Puerto-Riko və ABŞ Vircin adaları Karib dənizində, Quam və Şimali Marian adaları Şimali Sakit Okeanın qərbindəki Marian arxipelaqında, Amerika Samoası Cənubi Sakit Okeanda.
Bu ərazilərdə təxminən 4 milyon insan ABŞ vətəndaşıdır. Beş böyük ərazinin dördündə doğulmağa görə ABŞ vətəndaşlığı təmin edilir. Amerika Samoasında təxminən 32.000 nəfər ABŞ vətəndaşı olmayan əhali var. ABŞ qanunvericiliyinə əsasən, ərazilər arasında "yalnız Amerika Samoası və Sueyns adasında doğulmuş şəxslər ABŞ vətəndaşı olmayan əhalidir".8 FAM 301.1–1 (b). State Department Foreign Affairs Manual (FAM) Vol 8. However, as reported in Samoa lawsuit , Newsweek, 13 iyul 2012. İstifadə tarixi: 16 dekabr 2012. Amerika Samoalıları ABŞ himayəsindədirlər, ABŞ-nin bütün hissəsinə vizasız səyahət etmək hüququna malikdirlər. Buna baxmayaraq, ABŞ vətəndaşı olmaq üçün Amerika Samoalıları xarici vətəndaş kimi vətəndaşlığa qəbul edilirlər. Amerika Samoalıları doğuma görə ABŞ vətəndaşlığına malik deyillər, çünki ABŞ Konqresi Amerika Samoası sakinlərinə (digər 4 məskunlaşmış ərazilərdən fərqli olaraq) vətəndaşlıq verən qanunvericiliyi qəbul etməmişdir. Ali məhkəmə "Tuana ABŞ-yə qarışı" məhkəmə işində doğuma görə ABŞ vətəndaşlığınln ABŞ-nin qeyri-inkorporativ bölgələrində bir hüquq olmadığına qərar verilmişdir — Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adalarında mövcud olan doğumdan vətəndaşlıq yalnız ABŞ Konqresi bu ərazilərə vətəndaşlıq verən qanunvericiliyi qəbul etdiyi üçün verilir.
Bu ərazilərin hər biri mütəşəkkil, üç hökumət şöbəsi, yerli seçilmiş qubernator və ərazi qanunverici orqanı ilə özünü idarə edən ərazidir.
Həmçinin hər bir ərazi ABŞ Nümayəndələr Palatasına səsvermə hüququ olmayan bir üzv (və ya Puerto-Riko üçün səsvermə hüququ olmayan səlahiyyətli komissar) seçirlər. Onlar "Nümayəndələr Palatasının iclası keçirildikdə səs vermə istisina olmaqla Palatanın digər üzvləri ilə eyni hüquqlara malikdirlər". Onlar müzakirələrdə iştirak edir, heyət üçün ofis və pul təyin edir və öz ərazilərindən ordu, donanma və dəniz piyadaları, hərbi hava qüvvələri və ticarət donanması xidmət akademiyalarının tərkibinə namizədlər göstərirlər. Onlar Nümayəndələr Palatasına təqdim edilən bütün qanunvericilik üzrə komitədə səs verə bilərlər. Onlar hər bir komitə üçün partiya sayına daxil edilir və konfrans komitələri üzrə senatorlarla bərabərdirlər. Konqresdən asılı olaraq, onlar da Bütün Palata Komitəsində səs verə bilərlər. 2017-ci ilin yanvar ayına olan məlumata əsasən bu ərazilərdən Konqres üzvləri aşağıdakılar olmuşdurlar : Şimali Marian adalarından Qreqorio Sablan, Quamdan Madlen Bordallo, Amerika Samoasından Amata Koulman Reydveyqen, Puerto-Rikodan Cennifer Qonsales, ABŞ Vircin adalarından Steysi Plaskett. Kolumbiya dairəsinin də bir səsvermə hüququ olmayan nümayəndəsi var.
Kolumbiya dairəsi kimi ABŞ-nin əraziləri də ABŞ Konqresində səsvermə hüququna mailik nümayəndəyə malik deyil və ABŞ Senatında heç bir nümayəndəliyi yoxdur.
Hər dörd il ərzində ABŞ siyasi partiyaları bu ərazilərdən olan nümayəndələri də daxil edən konvensiyalarda prezidentliyə namizədlərini irəli sürürlər. Lakin Puerto-Riko kimi ərazilərdə yaşayan ABŞ vətəndaşları ABŞ prezidentliynə ümumi seçkilərində səs verə bilməzlər. Amerika Samoasında vətəndaş olmayan əhali də prezidentə səs verə bilməz.
Bu ərazilərin paytaxtları Amerika Samoasında Paqo-Paqo, Quamda Haqatna, Şimali Marian adalarında Saypan, Puerto-Rikoda San-Xuan və ABŞ Vircin adalarında Şarlotta-Amaliyadır.
Bu ərazilərin mövcud qubernatorları aşağıdakılardır : Lolo Metalasi Moliqa (Amerika Samoası), Eddi Baza Kalvo (Quam), Ralf Torres (Şimali Marian adaları), Rikardo Roselo (Puerto-Riko) və Kennet Mepp (ABŞ Vircin adaları). Adı Abrev. Yeri Sahə Əhali(2017) Paytaxt Ən böyükqəsəbə Statusu Əldə edilmətarixi AS Polineziya və Cənubi Sakit Okean 51,504 Paqo-PaqoTafuna Qeyri-inkorporativ və qeyri-mütəşəkkil 17 aprel 1900 GU Mikroneziya və Şimali Sakit Okean 162,742 Haqatna Dededo Qeyri-inkorporativ və mütəşəkkil 11 aprel 1899 MP Mikroneziya & Şimali Sakit Okean 52,263 Kapitol-Hill, Saypan Qarapan Qeyri-inkorporativ və mütəşəkkil (birlik) 4 noyabr 1986 PR Karib hövzəsi və Şimali Atlantik okean 3,337,177 San-Xuan San-Xuan Qeyri-inkorporativ və mütəşəkkil (birlik) 11 aprel 1899 VI Karib hövzəsi və Şimali Atlantik okean 104,901 Şarlotta-Amaliya Şarlotta-Amaliya Qeyri-inkorporativ və mütəşəkkil 31 mart 1917
Qeydlər Amerika Samoası – 1900-cü ildən ərazi; İkinci Samoa Vətəndaş müharibəsinin başa çatmasından sonra, adaların şərq yarısını ABŞ-nin idarə etməsi ilə Samoa adaları iki siyasi bölgəyə bölündü. 1900-cü ildə Tutuila Güzəştəgetmə Sazişi qüvvəyə mindi. 1904-cü ildə Manua adaları və 1925-ci ildə Sueyns adası Amerika Samoasının bir hissəsi oldu. ABŞ Konqresi 1929-cu ildə Amerika Samoa müqavilələrini sazişlərini ratifikasiya etdi. Amerika Samoası sonuncu dəfə 1967-ci ildə düzəliş edilmiş konstitusiya əsasında yerli özünü idarə edir. Amerika Samoasında doğulan şəxslər vətəndaş olmayan əhalidir. Amerika Samoası texniki olaraq qeyri-mütəşəkkildir. Əsas ada Tutuiladır. Quam – 1899-cu ildən ərazi; Quam İspan-ABŞ müharibəsi nəticəsində əldə edilib. Quam Quam hərbi dəniz bazası və Andersen aviabazasına ev sahibliyi edir. Quam 1950-ci il Quam Orqanik aktına əsasən təşkil edilib; bu akt Quamlıların ABŞ vətəndaşlığını təmin etdi və Quama yerli hökumət verdi. 1968-ci ildə akt Quam qubernatorunun seçilə bilməsi üçün dəyişdirildi. Şimali Marian adaları – 1986-cı ildən Birlikdir, Şimali Marian adaları 1899-cu ilə qədər İspaniya İmperiyasının bir hissəsi, daha sonra 1899-cu ildən 1919-cu ilə qədər Almaniya İmperiyasının bir hissəsi oldu; İkinci Dünya müharibəsi zamanı adalar ABŞ tərəfindən əldə edilənə qədər Yaponiya tərəfindən Millətlər Liqası mandatı kimi idarə olundu. 1947-ci ildə BMT etimadçısı kimi ABŞ tərəfindən idarə olunan BMT Sakit okean adaları etimad ərazisinin (SOAEƏ) bir hissəsi oldu. SOAEƏ-nin digər tərkibi Palau, Mikroneziya Federativ Ştatları və Marşall adalarıdır. ABŞ ilə siyasi birlikdə Şimali Marian adalarının birlik kimi Qurulma Razılaşması hər iki siyasi qurumun nümayəndələri tərəfindən müzakirə edilirdi; 1975-ci ildə Şimali Marian adaları seçiciləri tərəfindən təsdiq edilmiş və 24 mart 1976-cı ildə qüvvəyə minmişdir. Şimali Mariana Puerto-Riko 1899-cu ildən qeyri-inkorporativ ərazidir, ispan-ABŞ müharibəsi nəticəsində əldə edilib. Puerto-Riko 1952-ci ildən bəri Birlikdir. Puerto-Riko 1950-ci il Puerto-Riko Federal Əlaqələr aktına (Public Law 600) əsasən təşkil edilib. 2008-ci ilin noyabr ayında bir ABŞ Dairə Məhkəməsinin hakimi Konqres hərkatlarının ardıcıllığının Puerto-Rikonun statusunun "qeyri-inkorporativ"dən "inkorporativ"ə dəyişməsinə kumulyativ təsir göstərdiyinə qrar verdi. Buna baxmayaraq, bu məsələ məhkəmə sistemi ilə yoluna davam etmədi və ABŞ hökuməti hələ də Porto Rikoya qeyri-inkorporativ kimi istinad edir. Puerto-Riko vəkili Puerto-Rikonu "yarı suveren" adlandırmışdı. Puerto-Rikoda dövlətçilik hərəkatı var – onun məqsədi Puerto-Rikonu 51-ci ştat etməkdir. (Həmçinin bax: Puerto-Rikonun siyasi statusu) ABŞ Vircin adaları – 1917-ci ildə ABŞ tərəfindən Danimarkadan satın alınıb və 1954-cü ildə Yenidən nəzərdən keçirilmiş Vircin adaları aktına əsasən təşkil edilib. ABŞ vətəndaşlığı 1927-ci ildə təmin edilmişdir. Əsas adaları Sent-Tomas, Sent-Cons və Sent-Krus adalarıdır.
Statistikalar Quam istisna olmaqla, məskunlaşmış ərazilərdə 2010-2017-ci illəri arasında mənfi əhali artımı olmuşdur. Məskunlaşmış ərazilərdə yoxsulluq səviyyəsi yüksəkdir, həm də İnsan İnkişafı İndeksi (İİİ) reytinqləri yüksəkdir. Bütün yoxsulluq səviyyəsi qitə ABŞ-nin materik hissəsindən yüksəkdir. Beş ərazinin dördündə ingilis dilindən başqa rəsmi bir dil də var. ƏraziRəsmi dil(lər)Əhali artımı (2010–17)Yoxsulluq səviyyəsi (2009)Gözlənilən ömür uzunluğu (illərlə)İİİÜDM ($)Hərəkət istiqamətiSaat qurşağıTelefon kodu (+1)Amerika Samoasıİngilis, Samoa−2.39%65%73.40.827658 milyon $SağSamoa vaxtı (UTC-11)684Quamİngilis, Çamorro2.12%22.9%760.9015.793 milyard $SağÇamorro vaxtı (UTC+10)671Şimali Marian adalarıİngilis, Çamorro, Karolin−0.68%52.3%75.40.8751.242 milyard $SağÇamorro vaxtı670Puerto-Rikoİngilis, İspan−10.43%43.5%80.90.845103.135 milyard $SağAtlantik vaxtı (UTC−4)787, 939ABŞ Vircin adalarıİngilis−3.25%22.4%79.40.8943.765 milyard $SolAtlantik vaxtı340
Ərazilərin inzibati qraflıqları yoxdur. ABŞ Siyahıyaalma Bürosu Puerto-Rikonun 76 bələdiyyəsini, ABŞ Vircin adalarının üç əsas adasını, Quamın bütününü, Şimali Marian adalarının 4 bələdiyyəsini və Amerika Samoasının 3 rayonu və iki atollunu qraflığa ekvivalent hesab edir. Siyahıyaalma Bürosu həmçinin ABŞ-yə bağlı kiçik adacıqların hər birini qraflığa ekvivalent hesab edir.
Kiçik adacıqlar