() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Şərqi Sibir, Şimali Çindir.
Botaniki xarakteristikası Hündürlüyü 3 m-ə çatan, yarpağı tökülən koldur. Çətiri yumru, bəzən şaxələnmişdir, budaqları möhkəmdir. Vegetasiya müddətində sürətlə böyüyür. Hündürlüyə və eninə illik boy artımı 30 sm-dir. Yarpaqları yumurtavaridir, yazda və yayda tünd yaşıl rəngli, payızda alqırmızı rəngli olub, diametri 2-dən 6 sm-ə qədərdir. İyun ayının əvvəlindən iyul ayının əvvəlinə qədər çiçəkləyir. Çiçəkləri hamar, yumru, çəhrayı rəngli olub, 0,7 sm uzunluqdadır. Meyvələri avqust ayının axırında yetişir, qara rənglidir. Vegetasiyası yanvardan noyabra qədərdir.
Ekologiyası İşıqsevən, kölgəyə, quraqlığa, soyuğa davamlıdır, torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi Bitkinin gözəl yarpaqları payızda çox dekorativdir. Yaxşı budanır. Yaşıllaşdırmada tək əkinlərdə, canlı hasarların salınmasında geniş istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:1832-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası