Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — 2011-ci ildə Azərbaycanlı jurnalist Eynulla Fətullayev tərəfindən təsis edilmiş, 2026-cı ildən Global Media Groupa daxil olan hakimiyyətyönümlü rusdilli Azərbaycan informasiya–analitik portalı.

Tarixi Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual–cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan xəbər veb-saytları Kateqoriya:2011-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Rus dilində veb-saytlar