250px|thumb|right|Naxçıvan MSSR

Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub.

Tarixçə Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.

Qərarın qəbulu Uzun müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul etdi:

Sonrakı hadisələr Qərar qəbul edildikdən sonra respublikanın müstəqilliyinin tanınması üçün dərhal İrana və Türkiyəyə nümayəndə heyəti göndərilir. Lakin Sovet DTK-sı Türkiyəyə keçmək cəhdinin qarşısını aldığına görə, yanvarın 21-də beş nəfərlik nümayəndə heyəti Culfa rayonunun Yaycı kəndindən Araz çayını keçərək İrana adlayır. Çətinliklə Təbrizə çatan naxçıvanlı deputatlar Türkiyənin İrandakı hərbi attaşesilə görüşməyə nail olurlar.

Nümayəndə heyəti İranda danışıqlar apardığı zaman muxtar respublikanın «Sovet Naxçıvanı» qəzeti müstəqilliklə bağlı qərarı dərc edir və ilk dəfə çox böyük tirajla- 40 min nüsxə ilə satışa çıxır. Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi dildə verir. Yanvarın 25-də İrana göndərilən nümayəndə heyəti əliboş geri qayıdır.

Yanvarın 27-də Moskva və Bakıdan Naxçıvana xüsusi qrup göndərilir və muxtar respublikaya güc tətbiq ediləcəyilə bağlı hədələr öz işini görür. Beləcə hər şey əvvəlki axarına qayıdır və 8 günlük müstəqillik sevincinə son qoyulur.

Səkinə Əliyevanın xatirələri 150px|thumb|right|Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri

Səkinə Əliyeva Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri olmuş və Naxçıvan MSSR-nın SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyannı çağırmış, buna nail olmuş və onun imzalamışdır.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikası tarixi Kateqoriya:SSRİ tarixi