Şopron () — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir.
Tarixi Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı.
1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir.
Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Mədəniyyəti Bu gün Şopron şəhərinin iqtisadiyyatı Avropa Birliyindən faydalanır. Şəhər qonşusu olan Avstriya ilə bütün ticarət əlaqələrini bərpa etmişdir. Bundan əlavə, Soyuq müharibə zamanı şəhərdə almanca danışmaq qadağan edilsə də, müharibə bitəndən sonra bu adət-ənənə yenidən bərpa edilmişdir. Bunun nəticəsində, şəhərdəki Avstriya sərhədinə yaxın yerləşən küçələrin adları və yol nişanları həm alman, həm də macar dilində yazılır.
Avstriyanın sərhədində yerləşən Şopron şəhərinə İngiltərə, Hollandiya, Yaponiya, Skandinaviya və Bratislava ilə yanaşı Amerika Birləşmiş Ştatlarından da xeyli sayda turist gəlir. Bundan əlavə, turistlərin Şoprona gəlməsinin bir səbəbi də ucuz qiymətli stomatoloji xidmətlərdən faydalana bilməkdir. Şopronda 300-dən çox stomatoloji klinika vardır və buna görə də şəhər "Dünyanın Stomatologiya paytaxtı" kimi də tanınır."Sopron: Surmacz, Jon "Hungarian cap city" Tripso.com http://www.tripso.com/columns/sopron-hungarian-cap-city/ by Jon SurmaczMary Beth . "The inciDENTAL tourist" USA Today USAtoday.com https://www.usatoday.com/travel/news/2005-07-28-dental-tourism_x.htm
İdman MFC Sopron Şopron şəhərinin futbol komandası olmuşdur. Komandanın hazırkı sələfi Soproni VSE klubudur.
Qalereya
Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Bad-Vimpfen, Almaniya Banska Ştiyavniça, Slovakiya Boltsano, İtaliya Aynzenştadt, Avstriya Eylat, İsrail Kadzuno, Yaponiya Kempten, Almaniya Mediaş, Rumıniya Rorşax, İsveçrə Seynyayoki, Finlandiya Sparta, Yunanıstan Veliko-Turnovo, Bolqarıstan Viner-Noyştadt, Avstriya
Həmçinin bax Noyzidler gölü
İstinadlar
Xarici keçidlər
in Hungarian, English and German University of West Hungary (University of Sopron) ImageTownsIndex - Virtual Tour of Sopron Aerial photography: Sopron Accommodation in Sopron Sopron at funiq.hu
Kateqoriya:Macarıstan şəhərləri