Vahab Səfər oğlu Əliyev (20 iyun 1908, Bakı, Saray qəsəbəsi, 2 avqust 1993, Bakı) — Azərbaycan kimyaçısı, Azərbaycanın tanınmış elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü, Bir sıra neft-kimya proseslərinin yaradıcısı.

Həyatı Əliyev Vahab Səfərəli oğlu 1908-ci il iyunun 20-də Bakının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. V.S.Əliyev 1925-ci ilə qədər kənd təsərüffatı işləri ilə məşğul olmuşdur.. V.S.Əliyev 1925-ci ildə, 17 yaşında ikən, Bakı şəhərində fəhlə fakültəsinə daxil olmuş və eyni zamanda 6 №-li gecə məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.

V.S.Əliyev 1929-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra Qupkin adına Moskva Dövlət Neft-Qaz institutuna daxil olmuşdur. 1934-cü ildə institutu fərqlənmə diplomu ilə mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra o Bakı şəhərinə, “Azneft”-in sərəncamına göndərilmişdir. Burada o, 1934-cü ilin iyuluna qədər “Azneftzavodlahiyə”-də mühəndis vəzifəsində işləmişdir.

O, 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin) aspiranturasına qəbul olmuşdur. V.S.Əliyev aspiranturada oxumaqla bərabər Bakı şəhərindəki Oktyabr inqilabı adına Neft Texnikumunda müəllim kimi çalışmışdır. Burada o, neft zavodlarının mexanikası kursununun diplom layihələrində məsləhətçi kimi çalışmış, həmçinin tibb institutunda fiziki-kimya fənni üzrə baş müəllim kimi fəaliyyət göstərmişdir.

V.S.Əliyev 1935-ci ildən 1938-ci ilədək həm də Azərbaycan Sənaye İnstitutunda müəllim və diplom layihələrində məsləhətçi kimi çalışmışdır.

Qeyd etmək lazımdır ki, V.S.Əliyevin müəllimlik fəaliyyəti onun neft emalı və neft kimyası sahəsindəki bilik səviyyəsinin xeyli yüksəlməsinə səbəb olmuşdur.

V.S.Əliyev 1937-ci ildə Vano-Sturua adına zavodda texniki şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 1941-1942-ci illərdə texniki-istehsal şöbəsində böyük mühəndis, sonra isə həmin trestin 3 və 4 №-li zavodlarında baş mühəndis vəzifəsində, 1942-ci ildən 1946-cı ilədək isə Vano-Sturua adına 229 №-li zavodda baş mühəndis işləmişdir.

V.S.Əliyev namizədlik dissertasiyasının müdafiəsindən sonra 1951-ci ildə Neft Emalı üzrə Elmi Tədqiqat İntitutuna işə qəbul olunmuş və orada 1959-cu ilə qədər direktor vəzifəsində işləmişdir.

O, 1961-ci ildə “Neft-kimya üçün reaksiya qabiliyyətli karbohidrogenlərin tədqiqi və emalı” işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış və 1964-cü ildə elm və texnikada əldə etdiyi nailiyyətlərə görə Azərbaycanın Əməkdar Elm və Texnika xadimi adına layiq görülmüşdür.

25 il (1962-1987-ci illərdə) Azərbaycan EA Neft-kimya İnstitutunun direktoru olmuşdur. Bilavasitə onun rəhbərliyi ilə “qaynar lay” texnologiyasının nəzəri əsasları işlənib hazırlanmış və bir çox kimyəvi proseslərə tətbiq edilmişdir. Onun rəhbərliyi altında 7 elmlər doktoru və 60 elmlər namizədi yetişdirilmişdir. Yüksək elmi nailiyyətlərinə görə iki dəfə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan EA-nın həqiqi üzvü olmuşdur.

Təltif və mükafatlar 1944-cü il Neftayırma və neft-kimya sənayesinin inkişafında əvəzsiz xidmətlərinə görə Lenin Ordeni və “Qafqazın müdafiəsinə görə” medal 1945-ci il “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medal 1948-ci il Neft və neft emalı sənayesində əsaslı təkliflərinə, emal metodlarına görə SSRİ Dövlət Mükafatı laureatı adı veriliş və “Qırmızı Əmək Bayrağı” orden 1949-cu il “Əməkdə fərqlənməyə görə” medal 1952-ci il Ümumittifaq Elmi mühəndis – texniki və neftçilər təşkilatının qərarına əsasən yeni texnikanın istehsal sahəsində yüksək göstəricilər göstərdiyi üçün təşkilatın Fəxri Fərman 1955-ci il “Şərəf Nişanı” Orden 1959-cu il “Şərəf nişanı” Orden 1966-cı il “Şərəf nişanı” Orden 1970-ci il “Rəşadətli Əməyə görə” medal 1976-cı il Sənayedə yüksək effektli proses olan yanacağın parafinsizləşməsi işinin tətbiqi sahəsindəki xidmətlərinə görə Azərbaycan Dövlət Mükafatı 1976-cı il Oktyabr İnqilabı orden 1978-ci il Neft-kimya və neft emalı sahəsində yüksək xidmətlərinə görə “Fəxri Neft kimyaçısı” adı 1979-cu il “Azərbaycan Ali Soveti Rəyasət Heyyətinin Fəxri Fərmanı” 1980-ci il SSRİ Xalq Təsərrüfatının inkişafındakı yüksək nailiyyətlərinə görə XTNS-nin qızıl medal 1982-ci il Neftin katalitik krekinqdə yüksək effektli reaktorların tətbiqi və kiçik dispersli alümosilikat katalizatorunda işləyən prosesin sənayedə tətbiqi və tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Dövlət Mükafatı laureatı 1983-cü il Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərman 1985-ci il “Qələbənin 40illiyi” medal 1988-ci il Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərman

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:AMEA Neft-Kimya Prosesləri İnstitutunun alimləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Akademiklər Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri